Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2020
13:16
AİP ABŞ-ın son terroru ilə bağlı bəyanat verib

Qurumun Mətbuat Xidmətindən daxil olan bəyanatda deyilir:

“Müsəlman dünyasını siyasi-strateji maraqlarına açıq təslim etmək iddiasından əl çəkməyən Amerika və bu şər qitənin başında duran cəlladlar dövlət səviyyəsində son terrorlarını həyata keçirdilər. İran ordusunun “Qüds" hərbi briqadasının yenilməz komandiri, müsəlman dünyasının, Əhli-beyt aşiqlərinin sevimlisi, düşmən həmlələrinə məruz qalan məzlumların pənahı və xilaskarı, İslam dünyasının qəsbkarlarıyla döyüş səhnələrinin ölməz qəhrəmanı Qasim Süleymani Amerika terrorunun növbəti hədəfinə tuş gəldi və şərəfli ŞƏHADƏT zirvəsini fəth etdi. 

Qasim Süleymani hərbi sərkərdə kimi İran ordusunun düşmənlərlə vuruş meydanlarının cəsarət və şücaət tarixindəki silinməz səhnələrinə imza atdı. Hərbi təsrübəsi, biliyi şəxsi cəsarəti ilə tamamlanan bu qorxu bilməyən mücahid sərkərdənin xofu qarşısında düşmən aciz qalıb həmişə. Hərbi taktikası və strategiyası qəsbkarların cəsarətini məhdudlaşdırmaq məcburiyyətində qoyub. 

Böyük İslam məktəbinin yetirməsi Qasim Süleymani bəşəriyyətin zərərli dəstələrinə aman vermədən müqavimətin nümunəsini yaşatdı, davam etdirdi və yeni zirvələrə ucaltdı. Şəhadəti ilə amansız düşmən üzərində qələbənin yoluna nur çilədi. Əminik ki, onun qanı yerdə qalmayacaq, bu bəşəri cinayətin, onu həyata keçirənlərin cəzası veriləcək. İnanırıq ki, Qasim Süleymaninin qisası müsəlman torpaqlarına dəvətsiz soxulmuş qəsbkar şər qüvvələrinə daha ağır və sarsıdıcı olacaq. Bu, ABŞ-ın son terroru olacaq.

Fələstin, Suriya, Əfqanıstan, Yəmən, Liviya, İraq azadlıqsevərləri içərilərində artıq yüz minlər, milyonlarla Süleymanilər yetişmişdir. İmam Hüseynin (ə) şəhadət məktəbinin davamçısı rahat uyuya bilər. 

Azərbaycan İslam Partiyası tərəqqipərvər bəşəriyyəti, torpaqları işğala məruz qalan xilqətləri qəsbkarlarla ölüm-dirim savaşına çağırır, İran xalqının qəhrəman oğlunun ölümü münasibətilə İmam Zaman (əc) başda olmaqla müsəlman dünyasının rəhbəri, Rəhbər-müəzzəm Seyyid Əli Xamnei cənablarına, Əhli-beyt aşiqlərinə və bütün İran xalqına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağciyər institunda reanimatoloq yoxdur

27

Yanvar
19:00
HÜQUQ,HADİSƏ
183

Bu universitetin müəllimlərinə töhmət verildi

27

Yanvar
18:45
HÜQUQ,HADİSƏ
219

Mərkəzi Banka daha bir baş direktor təyin edildi

27

Yanvar
18:30
İQTİSADİYYAT
220

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
250

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
177

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
259

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 21:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru