Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2020
11:46
Şanxay əhalisinə çağırış: daha 2 həftə evdən çıxmayın

Şanxay əhalisi yeni növ koronavirusun səbəb olduğu sətəlcəmin yayılmasının qarşısını alınması üçün ən azı iki həftə evdə qalmağa çağırılır. "Shanghai Daily" qəzetinin yazdığına görə, müvafiq tövsiyə, eyni zamanda Huaşan xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri olan koronavirusa qarşı mübarizə və qarşısının alınması üzrə xüsusi işçi qrupun rəhbəri doktor Zhanq Uenhonq tərəfindən verilib.

"Xahiş edirəm daha iki həftə evdə qalın. Biz evdə dincəlmirik, amma vuruşuruq. Evdə qalan hər kəs virusa qarşı mübarizədə iştirak edir", - deyə nəşr ondan sitat gətirib.

Mütəxəssisin qeyd etdiyi kimi, infeksiyanın qarşısını almaq olar və əksər hallarda yüngül keçir. "Koronavirusa qarşı ixtisaslaşdırılmış dərmanlar hazırlamazdan əvvəl hər bir xəstənin müalicəsinə fərdi şəkildə yanaşacağıq. Ən təsirli dərman xəstənin özünün immunitetidir. İlk iki həftədə immuniteti aktivləşdirməyə də kömək edirik", - həkim deyib.

Digər bir həkim, Şanxay Xalq Sağlamlığı Klinik Mərkəzindən doktor Lu Honqzhouya görə, yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya məruz qalan xəstələr yoluxucu deyildir və uzun müddət ağırlaşmalar görmürlər. Hazırda mütəxəssislərin ümumi rəyi budur ki, şəhərdə xəstəliyin yayılmasının qarşısını almağın ən yaxşı yolu, evdə qalmaq və izdihamlı yerləri ziyarət etməməkdir.

Rəsmi statistikaya görə, Şanxayda 269 insana koronavirus diaqnozu qoyulub. 130-dan çox xəstə ya infeksiyanın yayıldığı Hubei əyalətinin sakinidir, ya da oraya səyahət edib.

Son məlumatlara görə, Çində "2019-nCoV" virusunun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 31 min nəfəri keçib, 636 nəfər ölüb, 1500-dən çox adam sağalıb.

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
174

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
340

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
203

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
314

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib

26

Fevral
16:10
HÜQUQ,HADİSƏ
1972

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
393
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 23:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru