Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2019
15:38
1194
Ankara qırıcılarla bağlı Moskvayla danışıqlara başlayıb

Ankara Rusiya silahlarının, o cümlədən Suxov qırıcıları alma mövzusunda Moskva ilə danışıqlar aparır. FaktXeber.com-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına verdiyi açıqlamada bəyan edib.

Su-57 qırıcısının Moskvada Ərdoğana təqdim olunmasından sonra əlavə addımların atılıb-atılmadığına dair sualı cavablandıran Ərdoğan Rusiya Federasiyası ilə [silah alışı sahəsində - red.] əməkdaşlığın artıq S-400 üçün müqavilə əsasında həyata keçirildiyini vurğulayıb: "Ancaq sərgidə [MAKS-2019-red.] gördüklərimizdən sonra, qurumlarımız - Müdafiə Nazirliyi, Müdafiə Sənayesi İdarəsi - Rusiya tərəfi ilə danışıqları davam etdirdi".

Qeyd edək ki, Türkiyənin ABŞ-dan dəfələrlə Patriot RƏM istiəməsinə baxmayaraq, hər dəfə ABŞ müəyyən bəhanələrlə bu sistemi verməkdən yayınmışdı. İşi belə görən Türkiyə hökuməti terrorçuların müxtəlif raketlər əldə etməsinə cavab olaraq Rusiyadan dünyada analoqu olmayan S-400 ZRK sistemləri almaq qərarına gəldi. Və 2019-cu ildə bu sistemlər Türkiyəyə təslim edildi. Ankaranın S-400 almasından sonra başda Tramp olmaqla ABŞ hökuməti illərdir Türkiyənin də tərəfdaşı olduğu yeni nəsil F-35 qırıcılarının bu ölkəyə təslimatının sual altında olduğunu açıqladılar. Görünür, bu hədələr Türkiyəni düşünməyə vadar edib və onlar F-35-ə də Rusiyanın son dövrlərdə istehsal etdiyi beşinci nəsil hava gəmisini – Su-57-ni almaq qərarına gəliblər.

Məqalədə : Ərdoğan Putin Su-57 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

23

Sentyabr
20:23
AİLƏ, SAĞLAMLIQ
105

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
364

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
249

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
230

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
257

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
250

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
312

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
261

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
274
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 21:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru