Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2019
09:36
Şamaxı Rəsədxanası əhaliyə XƏBƏRDARLIQ EDİB

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Faktxeber.com-a verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. SDO/AIA 304 görüntülərində 4 avqust /16.40 UTC-də NE kvadrantında filament (sap) püskürməsi qeydə alınıb. Koronoqraflarda CME (Coronal Mass Ejections – Tac kütlə atılması) görüntüləri əldə olunduqdan sonra analizi həyata keçiriləcək.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ortalama 335 km/san olmuşdur. Ümumi maqnit sahəsi 2-5 nT intervalında olub. Bzkomponenti +2 və -4 nT intervalında zəif dəyişmişdir. Phi bucağı 04 avqust/08.50 UTC-ə qədər dəyişkən olub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=3, 4).

Kosmik hava proqnozu – Proqnoz dövründə (5 - 7 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (5 – 7 avqust) CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin güclənməsi hesabına yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (5 – 7 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (5 - 7 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Proqnoz dövründə ilk iki gün (05, 06 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (07 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17713

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16357

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17742

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17311

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22765

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17241

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 10:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru