Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
10:50
Şamaxıda AVRO-2020 üçün düşərgə təşkil olunub

Şamaxıda yerli və xarici media nümayəndələri üçün düşərgə təşkil olunub.

Düşərgədə yerli media nümayəndələri ilə yanaşı, Türkiyədən (TRT, “Haber Global”) və Rusiyadan (Sports.ru) da dəvət olunmuş jurnalistlər də iştirak edib.

İki gün davam edən düşərgədə əvvəlcə AVRO-2020-nin Bakıda keçiriləcək dörd oyunu, bilet satışı, təşkilatçılıq məsələləri ilə bağlı ümumi təqdimat nümayiş olunub. Təqdimatı AVRO-2020-nin Bakı üzrə Kommunikasiya mütəxəssisi Kamran Talıbov edib. 

Daha sonra jurnalistlərdən ibarət komandalar arasında atıcılıq, bilyard, boulinq və stolüstü tennis üzrə yarışlar keçirilib. Atıcılıq yarışında Oxu.Az-ın Şamaxıda təşkil olunan düşərgədə iştirak edən əməkdaşı Səbuhi Musayev hamıdan çox dəqiq hədəfi nişan ala bilib. 

Bununla belə, ümumi komanda hesabında digər iki yarışda qalib olmuş Sports.ru-nun əməkdaşlarından ibarət komanda kuboka yiyələnib. Həmçinin bildirilib ki, bütün iştirakçılara iyunun 13-də keçiriləcək Uels – İsveçrə oyunu üçün iki bilet veriləcək.

Tədbirin son günündə isə jurnalistlər dövlətə məxsus - 2018-ci ildə açılmış “Şirvan Şərabları” şirkətinin Şamaxının Meysəri kəndində olan zavoduna baş çəkib. Burada onlar yerli şərabların istehsal prosesi ilə tanış olub və dadına baxmaq imkanı əldə ediblər.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda təşkil olunacaq.

A qrupunun üç oyunu, həmçinin, 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.(oxu.az)

Məqalədə : AVRO-2020 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
264

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
291

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
273

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1230
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 00:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru