Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2021
12:15
Almaniyanın XİN rəhbəri: `Vyanadakı danışıqlar ağır keçir`

Almaniyanın Xarici İşlər Naziri xayko Maas Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında İranla Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların son vəziyyətini qiymətləndirib. 

Bu barədə İRNA agentliyi məlumat yayıb. 

Məlumatda bildirlir ki, JCPOA ilə əlaqəli avropalıların xəyanəti barədə bir kəlmə də qeyd etməyən diplomat, danışıqların ağır keçdiyinə baxmayaraq, addım-addım irəliləyişlər də əldə edildiyini vurğulayıb. 

Həmçinin Maas onu da əlavə edib ki, hazırda tərəflər həlledici məqamlara çatıblar və əldə olunan razılaşmaları İranin yeni seçilmiş prezidenti Seyyid İbrahim Rəisinin dəstəkləyib-dəstəkləməyəcəyini gözləyirlər.

Qeyd edək ki, Vyanada altı raundan ibarət olan nüvə sazişi ilə bağlı gərgin danışıqlar başa çatmaq üzrədir və diplomatlar JCPOA-nı növbəti həftələrdə yenidən aktivləşdirməyi səbirsizliklə gözləyirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
345

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
339
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 09:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru