Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2021
14:45
Allahşükür Paşazadə İtaliyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İtaliya Republikasının G20-də sədrliyi çərçivəsində həmin ölkənin milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən sentyabrın 11-də İtaliyaya yola düşəcək.

QMİ-dən verilən məlumata görə, səfərdə məqsəd 12-14 sentyabr tarixlərində Bolonya şəhərində keçiriləcək “G20 8-ci Dinlərarası Forum”da iştirak etməkdir.

Qeyd olunub ki, “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı altında keçiriləcək Forumda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, dini liderlərinin, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirlərinin, beynəlxalq təşkilat rəhbərlərinin, görkəmli alim və ictimai xadimlərinin iştirakı planlaşdırılır.

8-ci Dinlərarsı Forumda COVID-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, irqçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə və s. bu kimi müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə ediləcək.

Forumda Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Şeyxülislam Allahşükür Paşazadənin məruzə ilə çıxışı nəzərdə tutulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
218

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 06:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru