Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2021
17:20
Alimpaşa Məmmədov parkın ərazisini 1,3 milyona satıbmış

Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsi keçirilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub. A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.

Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb.

Bundan başqa, A.Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir.(Qafqazinfo)

Məqalədə : Alimpaşa Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
286

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
567
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 11:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru