Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
09:37
1851
Ali məktəblərdə semestr imtahanları niyə fərqli formalarda keçirilir?

Ali məktəblərdə semestr imtahanları fərqli formalarda keçirilir. Bəzilərində sadəcə test yaxud yazı, bəzilərində test, yazı və şifahi üsullarla. Bəs  tək bir sistemə keçmək mümükün ola bilərmi?

Bu  məsələ ilə bağlı təhsil eksperti Etibar Əliyevin münasibət bildirib.

Ekspert “Boloniya bəyannaməsi”ndə konkret  imtahan modellərinin göstərilmədiyini deyib:

“Konkret olaraq Azərbaycanın 2010-cu ildən qoşulduğu “Boloniya bəyannaməsi”ndə imtahan modelleri göstərilmir. Ona görə də hər bir universitet özünəməxsus formada imtahan təşkil edir”.

Ekspert yazılı imtahanların tələbələrə daha xeyirli olduğunu düşünür:

“Mən düşünürəm ki, yazılı imtahanlarda neqativ hallar istisna olunacaqsa, buna qarantiya veriləcəksə, müəllimin özünün imtahan götürməsi test vasitəsi ilə imtahanlardan daha effektli  olacaq. Bu zaman tələbə danışmaq imkanı əldə edir.  Yazılı olduqda isə tələbədə yazı vərdişləri formalaşır. Əsas çalışmaq lazımdır ki, tələbə ona tədris olan fənləri dərindən mənimsəsin və tələbənin fənni hansı formada mənimsəməsini dəqiq qiymətləndirmək hədəfi olsun. İnsan faktoru deyilən anlayışdan qorxmaq lazım deyil. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində konkret olaraq yazılı və müəllimin birbaşa ünsiyyətlə imtahan götürməsində  tələbənin ziyanına hansısa bir hadisənin baş verməsi inandırıcı görsənmir. Bu sadaladığım ali məktəblərdə çox ciddi  tədris islahatları aparılmaqla yanaşı, tələbənin  biliklərinin qiymətləndirilməsi istiqamətində də yeniliklər edilib”.

E.Əliyev imtahan sistemlərinin sintezinin ali məktəblərin özündən aslı olduğunu bildirib:

“İndiki ali məktəblərin əksəriyyətində kamera quraşdırılıb. Mən bir neçəsində ictimai nəzarət şurasının üzvü kimi monitorinqdə olmuşam, yəni bu vəziyyətdə köçürmə ehtimalı çox aşağıdır. Bayaq adını çəkdiyim ali məktəblərdə bu kimi hallar qeyri-mümkündür, çünki dərhal həmin tələbələr ifşa olunur və onlar haqqında qərar qəbul olunur. Hər halda  ali məktəb tələbəsi ixtisası və digər fənləri həm yazılı şəkildə, həmdə şifahi şəkildə izhar edə bilməlidir, yoxsa testə alüdəçiliyə nəhayət son qoyulacaq. Mən düşünürəm ki, testlərin xarekterindən aslı olmayaraq test üsulu bir o qədər öz gücünü itirməyib. Bu sistemlər bir-birlərini tamamlasa,  daha yaxşı mütəxəssis hazırlığına gətirib çıxara bilər. Yəni bu sistemlərin sintezi və mövcudluğu ali məktəblərin öz xarekterindən asılıdır”.

Məqalədə : semestr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
311

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
179

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
202

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
227

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
277

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
213
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 06:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru