Tarix:29-12-2016 15:24
Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ - əmilər, dayılar, bibilər azalır
Şərh yaz
30-40 il bundan əvvələ qədər əksər ailələrdə uşaqların sayı çox olurdu. Amma zaman keçdikcə,  ailələr kiçildi. Qloballaşmanın təsiri ilə bəzilərinin əmisi, dayısı, bibisi, xalası və digər qohumları olmadı. Ailənin tək övladlarının isə doğulacaq uşaqlarının demək olar ki, qohumluq çevrəsi tamamilə daraldı. Ailələrin kiçilməsinin cəmiyyətə hansı təsirləri ola bilər?
 
Məsələ ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ailədə uşaqların sayının çox olması ümumən yaxşı haldır.
 
“40 il bundan əvvələ qədər bir ailədə 7, 8, 9, 10 və daha çox uşağın olmasına tez-tez rast gəlmək olardı. Mən uşaq olanda tez-tez qəzetlər yenicə “Qəhrəman ana” olanların səhifə boyu siyahısını verərdi. Eyni zamanda, hər bir ailənin güclü təmasda olduğu, qohumlardan - əmi, dayı, bibi, xala,  əmioğlu, bibioğlu -  ibarət 150-200 nəfərlik yaxını da var idi. Bu, həm sosial baxımdan çox yaxşı idi - hər birinin şad günündə, ağır günündə bu qohumlar dəstək olurdu. Həm də mənəvi cəhətdən yaxşı idi, bu insanların hər birində bir doğma enerji var idi. O biri tərəfdən müdafiə baxımından da yaxşı idi - hər kəs öz arxasında bu doğma insanların sayı qədər qüvvəyə arxalanırdı. Həm də ölkə əhalisinin sayı artdıqca, ölkənin müdafiə qüdrəti, istehsal qüvvəsi, vergi ödəyicilərinin sayı artırdı və s.”.
 
Sosioloq deyir ki, qohumlar çox olduqda cəmiyyətdə mütəşəkkilliyin, sosial problemlərin həllinin daha tez təmin olunmasına imkan yaranır. 
 
“Cəmiyyətdə tənha, kimsəsiz adamlar demək olar ki, olmur. Hər kəsə dar gündə təbii olaraq dayaq olan, ona kömək edən bir sosial qrup olur. Yaxud hər bir adama oxumaqda, iş qurmaqda, problemlərdən qorunmaqda, mənəvi dəstək verməkdə kömək edən bir təbii mühit olur. İnsanlar arasında təbii ünsiyyət və bu təbiilik hesabına mənəvi rahatlıq yaranır. Doğrudur, qohumlar çox olanda qruplaşma, qarşıdurma halları da çox ola bilər. Amma bu, cəmiyyətdəki mühitdən, dəyərlərdən asılıdır. O cəmiyyət daha yaxşı cəmiyyətdir ki, qohumluq əlaqələrinin daha pozitiv şəkildə üzə çıxmasına münbit şərait yaradır”.
 
Ə. Qəşəmoğlunun sözlərinə görə, artıq dövran dəyişib, qloballaşmanın sürətlə getdiyi indiki vaxtda bir çox dəyərlər sürətlə sıradan çıxır:
 
“Ötən əsrin ikinci yarısından başlayaraq BMT kimi beynəlxalq təşkilatlar, ayrı-ayrı elmi tədqiqat mərkəzləri, siyasətçilər Yer üzündə insanların sürətlə artmasının doğuracağı müdhiş problemlərdən danışmağa başladılar. Onları həyəcanlandıran əsas qorxu bundan  ibarət idi ki, Yer üzünün insanları qidalandırmaq, onların həyat şəraitini təmin etmək üçün resursları azdır. Əhali sürətlə artsa, yaxın vaxtda resurs çatışmazlığı üzündən Yer kürəsində böyük problemlər yaranacaq. Əhalinin sürətlə artmasının qarşısını almaq üçün müxtəlif  xarakterli proqramlar hazırlamağa, həyata keçirməyə başladılar. Ən humanist proqram BMT tərəfindən elan edildi. 1994-cü ildə Qahirədə BMT-nin mənim də bir ekspert kimi iştirak etdiyim Sammiti əhali və inkişaf problemlərini ətraflı olaraq müzakirə etdi və Fəaliyyət Proqramı qəbul etdi. Bu proqramın əsas mahiyyəti ondan ibarət idi ki, heç bir ölkəyə əhali artımı barədə qadağa qoymaq olmaz”.
 
Müsahibimizin sözlərinə görə, əhali artımında prioritet say yox, keyfiyyət olmalıdır.
 
“ Bu prinsip mahiyyəti etibarilə mütərəqqi prinsipdir. Doğrudan da, bir ailədə 10 problemli uşaq böyütməkdənsə, vətən üçün, insanlıq üçün daha faydalı 3 uşağın böyüməsi məqsədə uyğundur.
Amma həyat göstərdi ki, BMT-nin bu prinsipləri ilə yanaşı, başqa mərkəzlər elan olunmayan prinsipləri özündə ehtiva edən proqramlar da qəbul edib, həyata keçirməyə başladı. Belə ki, bir az keçməmiş, heç əksər ölkənin keyfiyyətli əhali böyütməyə imkanı olmadı. Dünyanı bürüyən müharibələr, qan burulğanları başqa proqramların daha tez həyata keçirildiyini göstərdi.
Bu onu göstərir ki, indi Yer üzünün inkişafına yön verən mərkəzlərin fəlsəfələri, həyat haqda təsəvvürləri qüsurludur. Əvvəla Yer üzünün resurslarından, enerji potensialından heç də səmərəli istifadə olunmur. İkincisi, insanların  mənəvi zənginləşməsinə düzgün fikir verilmir. Uzun illər Şərq fəlsəfəsinin, xüsusi ilə orta əsr islam, təsəvvüf fəlsəfəsinin nəfsin tərbiyə olunması zərurəti arxa plana keçib. Yer üzündə indi maddi dəyərlərin mənəvi dəyərləri əsarətə aldığı bir dövr hökm sürür. Belə bir dövrdə isə daha çox qanlı, vəhşi metodlar ön plana kecir. Ona görə də Yer üzündə BMT-nin təbliğ etdiyi keyfiyyətli əhali çoxalmadı. Əvəzində miqrantlar, qaçqınlar, köçkünlər, terrorçular çoxaldı”.
 
Əhməd Qəşəmoğlu bildirib ki, indi insanlar öz həyatları barədə də daha çox düşünməyə başlayıb. 
“Çünki bir çox güc mərkəzləri əhali artımının qarşısını humanist yolla almaq istəmir. Onları eyni zamanda ölkələrdə irəli çıxacaq təhsilli adamların, alimlərin çoxalması qane etmir. Onlar Yer üzünü daha çox iqtisadi çətinliklər, müharibələr yolu ilə  idarə etməyə, əhali artımını  bu yolla tənzimləməyə çalışırlar”. (Modern.az)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
Əhməd_Qəşəmoğlu - ailə - övlad -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:29-12-2016 15:24 - Oxundu: 1024
Ailə-Uşaq
28-04-2017 15:25 Övladınızı təhlükələrdən qoruyacaq 10 faydalı TÖVSİYƏ
17-04-2017 14:28 Azərbaycanda hər 5 evlilikdən 1-i boşanma ilə nəticələnir
17-04-2017 14:21 Ölkədə əkiz doğulan uşaqların sayı açıqlanıb
16-04-2017 22:52 Azərbaycanda zorakılıqla bağlı faktlar dəhşət saçır
11-04-2017 20:56 Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb
10-04-2017 15:16 Sosial şəbəkə uşaqların özlərini bədbəxt hiss etməsinə səbəb olur
04-04-2017 14:31 Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA
29-03-2017 22:12 "YouTube"da uşaqlar üçün TƏHLÜKƏ - Valideynlərə xəbərdarlıq!
29-03-2017 14:06 Təkuşaqlı ailələrin sayı daha da arta bilər - XƏBƏRDARLIQ
14-03-2017 16:50 Uşaqlar ömrü uzadır
11-03-2017 20:45 Uşaqlarınızda diqqət dağınıqlığı varsa...
09-02-2017 22:47 Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI
17-01-2017 10:11 Psixoloq: "Aqressiya uşaqlarda xəstəliklər yarada bilər"
12-01-2017 15:53 Uşağınızın yaddaşını belə yoxlayın - TEST
29-12-2016 15:24 Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ - əmilər, dayılar, bibilər azalır
23-12-2016 16:57 Nəvəyə baxan nənə və babalar daha çox yaşayırlar
23-12-2016 16:19 Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
19-12-2016 09:37 Bakıda itkin düşən uşaq tapıldı - Amili belə bir addım atmağa nə vadar edib? - VİDEO
14-12-2016 16:21 Bu il Azərbaycanda 10 mindən artıq ailə dağılıb
02-12-2016 13:45 Smartfonlar ər-arvad söhbətinə müdaxilə edirmiş
29-11-2016 21:57 Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri
01-11-2016 14:22 Valideynlər uşaqlarda intihar meyilinin yaranmasına səbəb olur - Psixoloq
27-10-2016 16:41 Övladlarınızı küçədəki təhlükədən qorumaq üçün 10 faydalı məsləhət
24-10-2016 16:42 Körpələr 6 ayından valideynlərin sözlərini anlamağa başlayırlar
10-10-2016 17:03 İdeal valideyn kimdir?
04-10-2016 11:56 Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANIB
03-10-2016 12:39 Uşağım məktəbə getmək istəmir, nə edim? – PSİXOLOQ MƏSLƏHƏTİ
29-09-2016 09:19 Uşaqlar gün ərzində nə qədər su içməlidirlər?
28-09-2016 12:25 Hicran Hüseynovadan ailələrə MESAJ
24-09-2016 21:57 Diqqət dağınıqlığı: Kompüteri əla bilir, amma dərslərini hazırlaya bilmir
16-09-2016 11:06 QMİ-nin süni mayalanma ilə bağlı təklifləri belə olub
16-09-2016 09:54 Azərbaycanda uşağın cinsinin müəyyənləşdirilməsi qanunla qadağan olunur
15-09-2016 21:01 Bilik günü biliyə həsrət qalan UŞAQLAR
05-09-2016 10:32 Ağlayan uşağı sakitləşdirməyin ən asan yolu- VİDEO
03-09-2016 20:46 Ölkədə normal uşaq verlişləri niyə hazırlanmır?
02-09-2016 16:21 Övladı universitetə ​​gedən valideynlər, BUNLARI BİLMƏLİSİNİZ
02-09-2016 11:14 Yetim psixologiyası - Valideynsizliyin FƏSADLARI
01-09-2016 10:44 Uşaqları pulla davranışa hansı yaşdan öyrətməliyik? - VİDEO
30-08-2016 16:35 Uşaqlar niyə intihar edirlər? – ARAŞDIRMA
16-08-2016 22:17 Uşaqların inkişafını ləngidən 8 əşya - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
13-08-2016 10:42 Boşanmaların sayı çoxalıb - STATİSTİKA
28-07-2016 10:10 Biz ailəni dağıdırıq, bəs uşaqlar necə olacaq?
26-07-2016 11:33 Qoyun, uşağınız qumla oynasın - MÜHÜM FAYDALARI
14-07-2016 11:19 5 ayda Azərbaycanda 5 mindən çox boşanma qeydə alınıb
01-07-2016 12:04 Uşaqları nənə-babaya etibar edək? - MÜTƏXƏSSİS RƏYİ
30-06-2016 16:19 Bu hiylələr çox işinizə yarayacaq - XANIMLARIN DİQQƏTİNƏ
29-06-2016 15:50 İşləyən analar, BUNLARI BİLİN: vicdan əzabından xilas olmaq üçün...
23-06-2016 16:23 Elm adamları: Nəvələr nənə və babalarını daha sağlam edir
21-06-2016 15:32 DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...
20-06-2016 21:56 Uşaqlarınızı kompüterdə itirmək istəmirsinizsə...
16-06-2016 15:14 Uşağın qabına yeməyi az qoyun - İştahsızlıqla mübarizə yolları
16-06-2016 12:28 Uşaqların atalarla danışmağa daha çox ehtiyacı varmış
16-06-2016 12:00 Ailə həyatı quranlarla boşananların rəsmi statistikası açıqlanıb
14-06-2016 16:09 Uşağın SOSİAL İNKİŞAFI üçün nə etməli?
13-06-2016 21:16 Qızdırması olan uşaqlara bunları etməyin - PEDİATR MƏSLƏHƏTİ
13-06-2016 16:29 Alimlər uşaq üçün ən ideal yuxu saatlarını açıqlayıb
10-06-2016 12:23 600-dən çox azərbaycanlı ƏCNƏBİ İLƏ ailə qurub - SON 4 AYDA
10-06-2016 11:44 Uşaqlarını döyən valideynlər bu dəhşətli sona hazır olsunlar
10-06-2016 09:53 Evlilikdə bu “yolverilməz” səhvi ETMƏYİN!
07-06-2016 17:00 Körpənin ağlaması ziyanlıdırmı?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az