Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2019
18:14
959
Şahin Mustafayev: Bu, çox uğurlu bir layihədir

“Azərbaycanın Rusiya ilə həm siyasi, həm də iqtisadi əlaqələri uğurla inkişaf edir. Rusiya Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşıdır”. "Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Sankt-Peterburq şəhərində keçirilən XXIII Beynəlxalq İqtisadi Forum çərçivəsində bildirib. 

“2018-ci ildə biz iqtisadi sahədə uğurlu nəticələr əldə etmişik. Rusiya ilə ticarət dövriyyəmiz 19% artaraq 2,5 milyard ABŞ dollarını çatıb. 2019-cu ilin göstəriciləri də uğurludur. İlin I rübünün nəticələrinə görə, ticarət dövriyyəmiz 23% artıb”, - deyə nazir qeyd edib.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiya ilə investisiyalar sahəsində də uğurla əməkdaşlıq edir, iki ölkə birgə layihələr reallaşdırır: “Azərmaş” şirkəti ilə Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ) şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb, Hacıqabul Sənayə Məhəlləsində QAZ markalı avtomobillər istehsal edəcək zavodun təməli qoyulub. Bu yaxınlarda isə Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun ilk mərhələsinin tikintisini başa çatdırdıq.

Maliyyə sektorunda da əməkdaşlığımız uğurludur. Rusiyanın “Qazprombank”ının maliyyəsi ilə Sumqayıtda “SOCAR Polymer” zavodunun tikintisi başa çatıb. Bu çox uğurlu bir layihədir. Əməkdaşlığımız davam edir. “Qazprombank” həmçinin “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulması və digər layihələri maliyyələşdirir. Bir sözlə, Azərbaycan-Rusiya iqtisadi əlaqələri uğurludur və Peterburqdakı forumda Azərbaycan geniş tərkibdə iştirak edir. Bir sıra planlarımız var. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Roscongres”s arasında əməkdaşlıq haqqda saziş imzalanıb. “Roscongress” tədbirin təşkilatçılarından biridir.

Hazırda Azərbaycan Rusiyanın 80 regionu ilə əməkdaşlıq edir və bu formata ölkə rəhbərləri siyasi dəstək verir. Həmçinin sabah Azərbaycan nümayəndə heyətinin və iş adamlarının iştirakı ilə görüş təşkil olunacaq. Sahibkarların əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur. Rusiya hökümətinin üzvləri ilə mənim görüşlərim olacaq və biz ölkələrimiz arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Bir sözlə, Azərbaycan nümayəndə heyətinin Peterburq iqtisadi forumunda iştirakı çox vacib hadisədir və əminik ki, bu ölkələrimiz arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib addımdır”, - deyə nazir qeyd edib. 

Məqalədə : Şahin Mustafayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
601

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
785

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1518

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
197

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1781

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
824

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
264

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
222

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
270

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
225
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru