Şahin Həsənli deputatın ittihamlarına cavab verdi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
16:09
26616
Şahin Həsənli deputatın ittihamlarına cavab verdi

Dünən millət vəkili Fazil Mustafa özünün “facebook” səhifəsində Məhərrəmlik ayında çəkildiyini ehtimal olunan tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin də iştirak etdiyi videonu paylaşaraq tənqid etmişdi. 

Bu gün ilahiyyatçı Hacı Şahin Həsənli millət vəkilinin ittihamlarına cavab verib . Faktxeber.com Hacı Şahin Həsənlinin qələmə aldığı yazını olduğu kimi təqdim edir:

 “Allaha şükürlər olsun ki, doğma Azərbaycanımızda ildən ilə insanların mənəvi mövzulara daha çox diqqət yetirdiklərinin şahidi oluruq. Bəzən qəfil, bəzən qeyri-iradəvi, bəzən sırf ənənəyə hörmət üzündən yaranan dinə maraq artıq yeni, rasional müstəviyə qədəm qoyub. Sovet totalitarizmini, erkən 90-ların qeyri-sabit dönəmini görməyən, müstəqil və azad bir dövlətdə formalaşan müasir gənclər dünyaya açıq olduqları qədər, özünütanımaya da meyillidirlər. Təbii ki, bu özünü tanımaq və dəyərləndirmək kimi pozitiv cəhdlər ictimai şüura da sirayət edir. Cəmiyyətqurucu və dövlətqurucu ideya kimi, din də istisna deyil. Müasir insanımız tam haqlı olaraq suallar verir, dərinliklərə varmaq isəyir. Çünki, qloballaşan dünyada yad ruhiyyə və cilvədə deyil, özü kimi yaşamaq istəyir. Fərdi şəxsiyyətə çevirən onun özünü tanıması və dəyərləndirməsidirsə, sıradan bir toplumu izzətli və mütərəqqi millət edən onun öz kimliyini tanıması və dəyərləndirməsidir. Bu cəhətdən Azərbaycan insanı və cəmiyyəti yalnız yüksələn xətt üzrə hərəkət etməkdədir. 

Azərbaycanda din həmişə milli ruhun özülü olub. Özü də olduqca möhkəm bir özül. Bizim ənənəvi dini baxışlarımız hər zaman proqressiv olub, heç zaman dini və milli qarşıdurmalara, ictimai və siyasi islahatlara, mədəni zənginləşmə və mübadilələrə, yaradıcı ruhiyyəyə və quruculuq əzminə mane olmayıb. Əksinə, bu hadisələri dəstəkləyib deyə, tariximiz inkişaf xəttinə köklənib. Ayrı-ayrı neqativ hadisələr istisna deyil, lakin bu, bütövlükdə tarixi prosesin vektorunu dəyişməyib. Belə bir fonda Azərbaycan gəncinin mənəviyyata, dinə, kökünə göstərdiyi maraq və ehtiram yalnız və yalnız gələcəyə ümidləri artırır. Vətənimizin və millətimizin nə az, nə çox dünya tarixində mühüm rol oynayacağına əminik. Çünki, ardıcıl uğursuzluqlarla üzləşən və tədrici süquta doğru gedən müasir imperializm mənən əsir etdiyi digər millətləri də öz ardınca aparacaq. Ayaqda qala bilənlər, yeni dünya düzəninin formalaşmasında iştirak edənlər yalnız öz mənəvi kimliyi ilə tərəqqini uzlaşdıran xalqlar olacaq. Təbii ki, heç bir dövləti, o cümlədən Azərbaycanı bu statusda görmək istəməyənlər müxtəlif vasitələrə əl atacaq. Gah rəngli inqilablar, gah ərəb baharları, gah da etno-konfessional savaşlar işə salınacaq. Bu baxımdan olduqca böyük təhlükələrlə üz-üzə gəlirik. Zahirən dəyərsiz bir hadisə, düşünülməmiş bir addım böyük faciələrə yol aça bilər.

Azərbaycanın ənənvi dini baxışları iki mühüm qatdan ibarətdir ki, Aristotellə Platonun dövründən bu günə kimi həllini tapmayan mühüm bir problemin çözümü hesab oluna bilər. Bu, rasional və emosional qatların bir-birini tamamlaması baxış sistemidir. Odur ki, bizə bir millət olaraq emosiyaları yan təsir kimi qəbul edən quru rasionallıq yad olduğu kimi, rasionallığı həyatın qənimi sayan şairanə emosionallıq da yaddır. Bizim mədəniyyətimiz gündüzləri elmi və ictimai fəaliyyətdən usanmayan, gecələr ilahi eşq atəşində yanaraq irfan ədəbiyyatının zirvələrini fəth edən nümunələr yetişdirib. Bizim özəlliyimiz də elə bundadır. Düşünmək və sevmək, öyrənmək və yaratmaq, qazanmaq və paylaşmaq, tanımaq və bağlanmaq, çalışmaq,gülmək və ağlamaq. Bizim zehnimizdə bunlar bir-birinin əksi deyil, tamamıdır. 

Əslində Quranın təqdim etdiyi kamil insan xüsusiyyətidir – Misiri qüdrətləndirən Yusifin ayrılığından gözü tutulanacan ağlayan, bununla belə peyğəmbərliyindən əl çəkməyən Yaqub. Allahın ən gözəl dastan adlandrdığı bu hadisə bir bütün ictimai, siyasi, psixoloji qatları ilə bərabər ata ilə oğula, övliya ilə digər insanlar arasında bir eşq macərasıdır. Quranı cazibəli, övliyaları sevilən, insanlığı ümidləndirən, nəhayət həyatı bütövlükdə bir bahar edən hər sahədə öncül və uğurulu olan bir qəhrəmanın eşq atəşində yanaraq ağlamağı bacarmasıdır. Bu hiss sorğulanmaz, çünki insandan insaniyyət sorğulanmaz. Bu dünyagörüşü fədakarlığın zirvəsi olan şəhidlik sevdası ilə yaşayan alimlər, şairlər, məmurlar, hərbçilər yetişdirir. Bu dünyagörüşü ilahi peyğəmbərlərdən əxz olunub və xalqımız arasında Aşura mərasimi kimi yaşayır. İldə bir dəfə kimliyindən asılı olmayaraq hər kəs insanlıq uğrunda hər şeyini qurban vermiş bir övliyanı yad etmək üçün məscidlərə toplaşır, onun amallarını rasional müstəvidə öyrənir (oxu – xütbə dinləyir), onun halını emosional müstəvidə yaşayır (oxu – növhəyə ağlayır). Düşüncə və hissin birliyi, insanın iki fundamental xüsusiyyətinin vəhdəti və bundan yaranan bir mədəniyyət – bu bizim xoşbəxtliyimiz və uğurlarımızın zəmanəti deyilmi? Haqlı olaraq öyündüyümüz tolerantlığımız məhz mərhəmət hissi aşılayan,zorakılığı rədd edən,ağıl ilə emosiyanın vəhdəti olan bu dünyagörüşünün məhsulu deyilmi? Ölkəmizdə radikallığın yayılmasının qarşısını alan ən əsas amil məzhəbindən asılı olmayaraq insanlarımızın peyğəmbər əhli-beytinə məhəbbəti,onların şad günündə şad,qəmli günündə qəmli olmasıdır. İnsan gülə və ağlaya bilirsə,insandır deməli.

Deyilən səbəblərə görə getdikcə gənclərimiz və ziyalılarımız bu mədəniyyətə daha çox bağlanır, ondan daha çox faydalanmağa çalışır. Hər il Aşura əzadarlığı, Qədr gecələri, mövlud tədbirləri daha izdihamlı və ehtişamlı olur. Məsələ də yalnız say artımında deyil, mənəviyyat və ziyanın bir-birinə qarışmasından ərsəyə gələn keyfiyyətin dəyişməsindədir.Təəsüf, hər belə tədbirdən sonra ifratçı və dözümsüz fikirlərin səsləndirilməsi artıq adət halına çevirilib. Tənqid gözəldir, həqarətə keçməsə. Eyni zamanda tənqid gözəldir,alternativ təqdim olunsa. Azərbaycan xalqının əsrlərlə qoruduğu, mənəvi energetikasının hopduğu, dövlət vəsaitinə bərpa olunduğu ziyarətgahlara dil uzadılır, hərçənd alternativ model kimi təqdim edilən qardaş Türkiyə ilə pir sayına görə heç bir müsəlman ölkəsi müqayisə oluna bilməz. Mübarək Ramazan ayı öncəsi milli rəsədxanamızın və milli-dini qurumumuzun azan cədvəli tərtib etməsi xarici ölkəyə təqlidçilik adlandırılır, lakin alternativ kimi elə başqa ölkənin azan cədvəli təklif olunur. Öz tarixi şəxsiyyətlərimiz mütləq şəkildə alçaldılır, alternativ olaraq xarici ölkənin tarixi şəxsiyyətlərinin mütləq ideallaşdırılması təklif olunur.  İlahiyyatçılar savadsızlıq və öz işini bilməməkdə ittiham olunur, alternativ olaraq şəriət leksikonunda teoloji mübahisələr aparan dünyəvi dövlətin millət vəkili nümunəsi təklif olunur. Nəhayətdə də bu millət üçün çalışan, vuruşan, canından belə keçən fədakarlar yetişdirən ənənəvi din xarici ölkənin ideologiyası adlandırılır, alternativ olaraq elə xarici ölkənin ənənəvi dini baxışlarının mənimsənilməsi təklif olunur. 

Yəqin ki,millət vəkili Fazil Mustafadan yazdığımızı anladınız. Hörmətli Fazil bəy,açığını söyləsəm, mövqeyiniz mənim üçün anlaşılmazdır. Sizinlə fərqli düşüncələrdə ola bilərik, amma axı hər birimiz vətən və millət üçun çalışmalıyıq. Hərəmizin fərqli baxışlarımız ola bilər, lakin milli birlik və maraqlar hamımız üçün qırmızı xətt olmalıdır. Bu günün bəlası olan etnik millətçiliyin, ifrat sağçılığın, aqressiv ateizmin, siyasi militantizmin, dini radikalizmin kökündə məhz fədakarlıq və eşqin olmaması, emosinallıqla rasionallığın qarşıdurması dayanır. Əcdadlarımızdan əlimizə gəlib yetişən bu irsimizi heç bir vəchlə şəxsi ambisiyalara, təriqətçi maraqlara qurban verə bilmərik. Kimisə dini etiqadına görə aşağılamaq, insanların emosiyalarını təftiş etmək, göz yaşlarını sorğulamaq, dini hisslərlə bağlı ehtiyatsız sözlər söyləmək heç kimə başucalığı gətirməz. Bu, həm də təhlükəlidir, xüsusi ilə məzhəb və din savaşlarının tüğyan etdiyi indiki dövrdə. Ölkəmizdə dözümlülük varsa, müxtəlif din və məzhəb ardıcıllarının dinc yanaşı yaşamasının şahidiyiksə, buna görə tənqid və təhqir etdiyiniz ənənəvi dinimizə borcluyuq. Diqqətlə fikir versəniz, başkəsən, terrorist "istehsal edən"zehniyyət məhz məhəbbət, mərhəmət, məzlumun halına yanmaq, südəmər körpələrin qətl olunmasına etiraz aşılayan ənənəvi dinimizə qarşı olan zehniyyətdir. O ki,qaldı əzadarlığı mələşmə adlandırıb,dinimizdə olmadığını iddia etməyinizə,ən tutarlı dəlillərlə bunun Qurani-kərim məntiqinə zidd olmadığını,əksinə bu məntiqə söykəndiyini sübut etməyə hazıram. Amma bir millət vəkili ilə teoloji mövzularda polemikaya girməyi lazımsız hesab edirəm.

Hörmətli Fazil bəy,bizim fəaliyyətimiz illərdir göz önündədir. Bizi xürafat yaymaqda, hansısa xarici dövlətlərin dəyirmanına su tökməkdə ittiham edə bilməzsiniz, bu iddia ancaq gülüşlə qarşılana bilər. Mövhumatçılıqla mübarizə, dini mühitimizi xarici təsirlərdən qorumaq bir din xadimi olaraq şəxsən mənim fəaliyyətimin prioritet istiqamətidir. Buna görə ən müxtəlif təriqətlər və cərəyanlar tərəfindən hədəfə alınmışam, lakin fəaliyyətimdən dönməmişəm, dönmək fikrim də yoxdur. Gənclərə vətənpərvərlik hissi aşılayan, şəhid Mahir Mirzəyevlər, Emin Bağırovlar və yüzlərlə yurduna bağlı insanların formalaşmasında mühüm rolu olan bu mərasimləri təhqir etmək heç insafdan deyil. Mənsub oldumuz xalqın mənəvi dəyərləri ilə bağlı natamamlıq kompleksi yaşamaq yox, bu dəyərlərlə qürur duymalıyıq, hörmətli Fazil bəy.Bu dəyərlər bizi bir millət olaraq var edib,əsrlər boyu var etməkdə davam edəcək”.

Məqalədə : Şahin Həsənli 
Mövzu üzrə xəbərlər
Şərhlər
Raqib Şahverdiyev tərəfindən 06-06-2018 08:47:26 tarixində yazıldı
Salam
Hacı Allah sənin elminə bərəkət versin.Mən rəy yazmağı xoşlamıram.Ancaq insanın heysiyyatına biri toxunanda özüdə belə bir mövzuda sıradan biri yox bu milliyətin vəkili bu işi görürsə bu artıq bütün xalqa təhqirdir.Qısası yəqin bir maşın şoosu kimi bir verliş hazırlayıb efirə verməyə hazırlaşırlar.Ona görə ola bilər ki sənə deyirlər efiri azad burax.
Mesud Qasimov tərəfindən 06-06-2018 08:48:24 tarixində yazıldı
Hacı Allah sizdən razı olsun
Hacı Allah sizdən razı olsun.Fazil bəyə məsləhət verin getsin Vəhabi dostlarından danışsın
Ram Zes tərəfindən 06-06-2018 08:50:02 tarixində yazıldı
Hacı Şahin
Təəssüflər olsun ki, bütün dinlərə və əqidələrə hörmətlə yanaşmağın tövsiyə olunduğu bir dönəmdə Əhli-beyt məktəbinin davamçılarına olunan təhqirlərə ad vermək olmur. Amma bircə bu aydındır ki, bizim, böyüklərin-Allahın seçilmiş və sevimli bəndələrinin dünyadan köçən günü onlara göz yaşı tökməyimiz , nə çarəsiz uşaqları bombalamaqdan , nə ikonaya sitayişdən , nə də digər müsəlman məzhəblərinin gülünc fətvalarından acınacaqlı deyildir. Axırda yazdığımla bağlı söz-söhbət olacaq deyə , bir real fətvanı nəzərinizə çatdırım. Səhih Müslimdə nəql olunan hədisə diqqət edək və bu hədisin əsasında fətva verən İslamın "böyük" alimlərinin fətvalarına baxaq. "Əbu Hüzeyfənin azad etdiyi Salimi , Ummu Hüzeyfə uşaq olarkən tərbiyə edir. Salim artıq böyük kişi olub , hicab ayəsi nazil olandan sonra , Ummu Hüzeyfənin hicab bağlaması Salim üçün çətinlik yaradıb. Bu hadisəni Peyğəmbərimizə (s.ə.a.s) çatdırıblar. O Həzrət cavab verib (nəuzu billah -red) : Salim Ummu Hüzeyfənin südündən içsin , olsun ona məhrəm ". Əhli sünnə alimlərinin fətvası; 1. Bu hədisə əsasən bütün böyüklər naməhrəm qadından süd içib məhrəm ola bilərlər. 2. Bu hökm yalnız Salimə aiddir. 3. Bu hökm bütün kişilərə aiddir , lakin bir şərtlə durumları Salimin durumu olsun. (Yəni-çox darıxsın). İndi bu sualı Əbdul-əziz ibni Abdullah ibni Baza verirlər , cavaba birlikdə baxaq. Əlbəttə mənə böhtan atırsan deməsinlər deyə , fətvanı ərəbcə kopya edib , qarşınıza qoyuram. الجواب: وعليكم السلام ورحمة الله وبركاته، بعده: نرى أن حديث سالم مولى أبي حذيفة خاص بسالم -كما هو قول الجمهور- لصحة الأحاديث الدالة على أنه لا رضاع إلا في الحولين، وهذا هو الذي نفتي به، وأسأل الله أن يوفق الجميع لما يرضيه[1]. والسلام عليكم ورحمة الله وبركاته. مفتي عام المملكة العربية السعودية عبدالعزيز بن عبدالله بن باز Sual verənin salamının cavabını alandan sonra , deyir; "Bizim rəyimiz budur ki, bu hədis yalnız Salimə məxsusdur. Necə ki, bu cumhur alimlərinin fətvasıdır. Düzgün hədislərimiz var ki, süd verməyin iki yaşa qədər olmasına dəlalət edir". Şəksiz və şübhəsiz bu fətva , yuxarıdakı 3 rəyin ən gözəlidir. Amma nə qədər bərbad olması göz qabağındadır. Həzrəti Əlinin (ə) şəhid olduğu gündə ağlamağın caiz olma fətvası ilə , bir kişinin naməhrəm qadından süd içməklə məhrəm olmasını müqayisə etmək olarmı ??!! Qayıdıram əsas mətləbə , Quranda ağlamaq varmı? Qurana ayələrinə əsasən , ağlamaq iman əhlinin , xüsusilə Peyğəmbərlərin (ə) gördüyü işdir. 1. Ağlamaq Peyğəmbərlərin sifətidir. "Bunlar Peyğəmbərlərdən -Adəmin övladlarından , Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz kəslərdən , İbrahimin və İsrailin övladlarından , hidayət etdiyimiz və seçdiyimiz şəxslərdən olan nemət əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər". ( Məryəm surəsi/58). Şübhəsiz bu ayədə Allahın ayələrindən məqsəd Quran deyildir. Çünki Nuh ilə gəmiyə minənlərin Quranla əlaqəsi yoxdur. Peyğəmbər və onun Əhli beyti , onların şəhadətləri Allah ayələri deyilmi ??!! " Yəqub dedi : Heyif Yusufdan və qəm qüssədən onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu". (Yusuf surəsi/84). Qarşımızda oğul ayrılığına tab gətirməyən və bunun üçün ağlayıb, kor olan Allah Peyğəmbəri. Övıadlarımızdan bizə əziz olan Peyğəmbərimiz və onun pak Əhli beytinin ayrılığına ağlamaq, Yəquba -Allah Rəsuluna bənzəməkdir. 2. Ağlamaq haqqı tanıyanların sifətidir. "Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən". (Maidə surəsi/83). Peyğəmbər və onun pak Əhli beytinin zülmlə şəhid olmaları haqdır. 3. Ağlamaq elm əhlinin sifətidir. "Şübhəsiz bu kitabdan qabaq elm verilmiş kəslər o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər. Və deyirlər :Pakdır Rəbbimiz , həqiqətən Rəbbimizin vədi həmişə yerinə yetəndir. Və ağlayaraq üzü üstə düşürlər və onlarda itaətkarlığı artırır". (İsra surəsi/107 -109). "Peyğəmbərin (s.ə.a.s) xanımından soruşdular; Peyğəmbərin əxlaqı necə idi? Buyurdu: Onun əxlaqı Quran idi". Peyğəmbər və onun pak Əhli beyti canlı Qurandır. 4. Ağlamaq Allahın əmri ilə baş verir. "Güldürən və ağladan odur". (Nəcm surəsi/43). 5. Ağlamaq iman əhlinin sifətidir. "Onları daşımağın üçün sənin yanına gəldikləri zaman , sən "sizi aparmaq üçün bir miniyim yoxdur" deyəndə , xərcləməyə bir şey tapmadıqları üçün qəm qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də bir günah yoxdur". (Tövbə surəsi/92). Budur qarşımızda Peyğəmbərimizlə (s.ə..a.s) döyüşə gedə bilmədikləri üçün ağlayan iman əhli. Peyğəmbər və onun pak Əhli beyti ilə çiyin çiyinə ola bilmədiyimiz üçün ağlamağa necə də oxşayır. Ağlaya-ağlaya "Ya Hüseyn , ey kaş səninlə olardım " deyənlərin sözü bu ayənin tətbiqi deyilmi??!! 6. Zülmlə öldürülənə ağlamaq bütün varlıq aləminə məxsusdur. "Beləliklə onlara nə göy və nə yer ağladı". (Duxan surəsi/29). Firon və onunla həlak olanlara nə göy , nə də yer ağladı. Çünki haqsız idilər. Amma haqlı olsaydılar o zaman onlara göy və yer də ağlayardı. Göy və yer zülmlə öldürülənə ağlamırsa, o zaman bu ayənin mənası qalırmı??!! Heç kəsə ağlamayan göy və yer, Firona da ağlamayıb. 7. Ağlamaq Quranı dərk edənlərin sifətidir. "Yoxsa bu sözə (Qurana) təəccüb edirsiniz?! Və gülürsünüz , ağlamırsınız ?!". (Nəcm surəsi/59-60). Bu yazdıqlarım Quran ayələri idi. Amma mübarək Sünnəyə müraciət etsək , məsələnin tam aydın olması göz qabağındadır. Həzrəti Rəsulullahın (s.ə.a.s) anasının qəbri üstə ağlamasını heç bir müsəlman alimi inkar etməyib. Hətta ibni Teymiyyə "Məcməul-fətava"nın 24-ci cildində 380-cı səhifəsində bu məsələyə belə cavab verir: ويقول ابن تيمية في الفتاوي " (24/380) – عن بكاء الأم والإخوة على الميت هل فيه بأس على الميت ؟ فقال : ( أما دمع العين وحزن القلب فلا إثم فيه , لكن الندب والنياحة منهي عنه ) "Ana və qardaşlara ağlamağın meyyitə zərəri var ? Deyir; göz yaşı və ürəkdən kədərlənmənin günahı yoxdur. Lakin oxşama və ah-nalə etmək qadağandır". Deməli, İslamda -Quranda və Sünnədə ağlamaq vardır.
Дон Алиев tərəfindən 06-06-2018 08:51:52 tarixində yazıldı
Ehsen Haci Shahin qardashimiz
Allah seni var etsin.Men uzr isteyirem onceden ifademe gore.Bu eclafla bir yerde yas merasiminde idim,menle uzbeuz oturmushdu.Bu sherefsiz meclisi aparan shexs Fatihe suresini oxuyur bu agzinda saqqiz sohbet edirdi.Sadece bir anliq baxdim chekmek istedim,sonra fikirleshdimki bir insana bu videoya gore lenetler yagdiracaqlar sebebide men olacam.Ancaq yene Allah xatirine etmedim.Niye?Dedim ne vaxtsa haqq yoluna geler ve men utanan teref olaram.Buda yaxshi hal olmaz.Yenede gelecek aqibetimizi fikirleshdim.Bu adam soz danishanda hech bilmir ne danishir?Bunu men yaxshi taniyoram.Bu satqinlardan biridir.Bu insan AMONchudur.Yaltaqliqla mandat elde etdi,indide oturub milleti bir-birine qatir.Buna mandat veren kes aydinlashdirmalidirki bunun meqsedi nedir.Meqsedi sade ve bellidir.Bu sheytanin meqsedi Azerbaycani ve burda yashayanlari bir-birine qarshi chixarmaq ve vetendash muharibesine suruklemek,nehayet bunun sayesinde hakimiyyeti kohne AMON-chularla ele kechirdmek.Sondada oz arzu isteklerini chirkin niyyetlerini yeridmek bu millete.Senin Ehlibeyite hormetin olmasa oz ailevede hormet gormersen nede ozuve.Sen sheytan cildine girmish mexluqatsan.Sen evvel muxalifet sonra YAP ve sonra neler olacaq hami bilir lazim olan insanlar bilir.Sen AXCP-nin satqinlarindan birisen.Indide indiki iqtidara soxub ozuve nufuz dairesi yigirsan camaatin beynin yeyirsen o vaxtki kimi.Senin kimi qabaga geden AMON-chu yoxdur ay bedbext.Bu bilirsen ne demekdir.Bu o demekdirki o vaxtki iqtidara xeyanet eden indikine artiq etmishdir,o vaxtki hereketile.Sene bilmirem ne ad qoyum ozun anla basha dush derk et.Sen ozuvu taniyirsan?Senitvdede tarixde bagladilar.Sen direshdin heyasiz kimi,ancaq duz kim idi ozun yaxshi bilirsen.Sen xarici keshfiyyata ishleyen ve yada daxilde bizim indiki hakimiyyetde oturub bu hakimiyyeti beyenmeyenlerin sirasindasan ve en esasida bashindasan.Bu hakimiyyet bilir sen nesen,prosta shehvet telebatini odemekchun mundarlar istifade etdiyi eshya kimi seni istifade edirler.Ve gulurler milletle birlikde.Bu milletin bir dini bir qiblesi var.Bu millet bu hakimiyyetden razidir.Sadece senin kimiler milletde nifret hissi yaratmaq istegirsen.Oda alinmayacaq ay vahabi.Sen Gulenchisen.Sen tulkusen,sen en yaxshi halda milletin beyenmediyi millet vekilisen.Senin savadinda yoxdur.Bir iki esr tarixi oxuyub ozuvu savadli sanirsan.Seni cibinde hereliyen savadli genc kadrlar var ne qeder.Sen sabunchuda bir ish gormemisen hele.Men gormedim neyse bir ish goresen.Sen milletin deyil Fetonun vekilisen vahabilerin vekilisen.Sene tutarli cvb-lar gelecek hele!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 20:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com