Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
12:15
Şahdağ xizək kurortuna dəmir yolu çəkiləcək - RƏSMİ

Bakı-Yalama dəmir yolu xəttinin əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır:

"Bakı-Yalama xəttinin yeniləşdirilməsi gündəmdədir və burada layihələndirmə işləri aparılır. Yolun əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur. Tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır. Biləcəri-Yalama-Biləcəri sahəsinin açılmış uzunluğu 382 kilometrdir. Yolun Biləcəridən Sumqayıta qədər olan 34 kilometri əsaslı təmir edilib, 336 kilometri isə bu layihə çərçivəsində əsaslı şəkildə yenidən qurulacaq".

QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, hazırda bu xətdə elektrik, rabitə xətləri ilə bağlı işlər görülür, fiberoptik kabellər çəkilir:

"Eyni zamanda 5 yeni yarımstansiya tikilib. Bakı-Yalama xəttinin yeniləşdirilməsi bu sahədə hərəkətin təhlükəsizliyinin təmin olunmasında, gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsində mühüm rol oynayacaq".

Yalamadan Qusar rayonundakı Şahdağ xizək kurortuna da dəmir yolunun çəkiləcəyi bildirilir:

"Artıq Şahdağ istiqamətində yeni dəmir yolu xəttinin layihələndirilməsinə başlanılıb".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov 2018-ci ildə bildirmişdi ki, Bakı-Yalama dəmir yolunun bütün sahələri modernləşdiriləcək və elektrik qatarları buraxılacaq. Habelə Xudat stansiyasından Qusar rayonu vasitəsilə "Şahdağ" kurortuna qədər qərb istiqamətində ayrıca qol tikiləcək. Gələcəkdə isə dəmir yolu vasitəsilə və tikiləcək tunellə "Tufandağ" və "Şahdağ" istirahət mərkəzlərinin birləşdiləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulmasının gündəlikdə olduğunu qeyd edib və əlavə edib ki, Xudatdan Şahdağa dəmir yolunun çəkilməsi nəzərdə tutulur: "Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir".(trend)

Məqalədə : Şahdağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61580

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59355

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61000

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60715

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66196

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60489

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60695
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2021 00:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru