Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2020
12:03
Agentlik: Təcili yardım maşını çağıranda ödəniş edilmir

İcbari tibbi sığorta təminatında gözləmə müddətinin şərtləri açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva gözləmə müddətinin icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılı olaraq hər hansı bir tibbi xidmətin göstərilməsi üçün maksimal müddət olduğunu deyib.

O bildirib ki, ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir: "Planda stasionar tibbi xidmət 20 gün ərzində təqdim edilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Əgər belə hal yaransa müştərək maliyyələşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir".

S.Quliyeva qeyd edib ki, xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən ilə mütəmadi şəkildə təkmilləşdiriləcək: "Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq".

Agentlik rəsmisi vurğulayıb ki, əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir: "Xidmətlərin böyük hissəsi stasionar terapektik, cərrahiyyə və ambulator xidmətlərdir. Əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir". 

Məqalədə : Təcili yardım 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
202

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
180

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
186

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
263

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
587

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
324
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 19:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru