
Koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib.
FaktXəbər AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb.
Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.
AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, ilk növbədə, ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Respuklikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:
1. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.
2. Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
3. AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
4. Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul edilsin.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun18-06-2020 12:33 AFFA "Qarabağ" çempion elan etdi
05-06-2020 15:56 Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI
03-03-2020 11:08 AFFA bütün liqalarda oyunları koronavirusa görə təxirə saldı
25-02-2020 16:43 "Qarabağ" - "Sabah" matçında futbolçular arasında kütləvi dava
11-02-2020 13:58 Polis və təcili yardım maşını vaxtında gəlmədiyindən "Turan" kulubuna cəza verild
28-01-2020 11:14 Rəqibsiz seçkidə Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi
- 18-06-2020 12:33 AFFA "Qarabağ" çempion elan etdi
- 17-06-2020 12:55 Messi karyerasının 699-cu qolunu vurub
- 05-06-2020 15:56 Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI
- 01-06-2020 14:28 "Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
- 01-06-2020 13:42 İngilis boksçu Taysonun rinqə qayıtmasından narahatdır
- 28-05-2020 14:45 "Real Madrid" lider olsaydı, sezonu bitirərdilər
- 25-05-2020 09:00 La Liqanın bərpa vaxtı açıqlandı
- 22-05-2020 17:29 İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
- 22-05-2020 15:40 AFFA aşağı liqalarla bağlı qərar verdi
- 22-05-2020 10:27 Mediya İspaniya futbol çempionatının bərpa tarixini açıqladı
- 18-05-2020 16:50 Millimizin sabiq futbolçusu: "Evlər tikib satırıq, kirayə veririk"
- 18-05-2020 12:28 İdman və fitnes zalları açılsın - Gənclər artıq çəkidən əziyyət çəkir
- 14-03-2020 13:51 "Neftçi" fəaliyyətini dayandırdı
- 13-03-2020 14:15 Çempionlar Liqası və Avropa Liqası dayan dırıldı - RƏSMİ
- 13-03-2020 10:53 Braziliyalı futbolçular 8 qırmızı kart aldılar, ancaq qol vurmadılar - VİDEO
- 13-03-2020 10:03 "Formula-1"də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
- 12-03-2020 10:48 "İnter" klubu fəaliyyətini müvəqqəti dayandırıb
- 12-03-2020 10:00 PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb
- 11-03-2020 09:47 "Liverpul" və PSJ çətin sınaq qarşısında
- 11-03-2020 09:24 7 qollu oyunda “Atalanta” 1/4 finalına yüksəlib
- 10-03-2020 17:15 İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək
- 10-03-2020 10:45 Dünyca məşhur boksçu "Nyukasl" futbol klubunu almaq istəyir
- 09-03-2020 13:21 Zidan: "Real" qələbə qazanmağa layiq deyildi və mövsümün ən pis oyununu keçirdi
- 06-03-2020 14:26 Teymur Rəcəbov bəyanat yaydı
- 06-03-2020 12:08 Koronavirusa görə futbol qaydasında müvəqqəti dəyişiklik