Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2021
11:14
Ağ Ev: “Diplomatiya İranı danışıqlara qaytara bilməsə, ABŞ başqa variantlara əl atmağa hazırdır”

“Əgər diplomatiya İranı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qaytara bilməsə, ABŞ başqa tədbirlər görə bilər”.

TASS xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evdə keçirilən Amerika-İsrail Strateji Məsləhət Qrupunun növbəti iclasında bildirib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn toplantıdan sonra yazılı açıqlamasında

Sallivanın fikirlərini şərh edib.

Bildirib ki, Sallivan toplantıda prezident Baydenin İsrailin təhlükəsizliyi və İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı əsas öhdəliyini vurğulayıb: “ABŞ rəhbərliyinin diplomatiyanı buna nail olmağın ən yaxşı yolu olaraq gördüyünü izah edən Sallivan, bu istiqamətin uğursuz olacağı təqdirdə ABŞ-ın başqa variantlara əl atmağa hazır olduğunu bildirdi”.

Lakin müzakirələr zamanı söhbətin konkret olaraq hansı addımlardan getdiyi açıqlanmayıb.

Horn əlavə edib ki, tərəflər bölgənin təhlükəsizliyinə və sabitliyinə təsir edən ən aktual mövzularda fikir mübadiləsi apararaq İsrailə və regional tərəfdaşlara qarşı təhdidlərə qarşı ortaq bir qətiyyət ifadə ediblər: “ABŞ-la İsrail açıq və konstruktiv bir dialoq saxlamağa, habelə müvafiq qrupları arasında İsrailin milli təhlükəsizliyinə, regional sabitliyə təsir edən mövzularda koordinasiyanı daha da dərinləşdirməyə razılaşıblar”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
583

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
588

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 10:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru