Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
12:47
Adnan Oktar tutulmasaydı Azərbaycanda nələr baş verə bilərdi?! - VİDEO-FOTO

İllərdir fırldaqçılıq və uşaq təcavüzü də daxil hər cür qeyri-qanuni işlərlə məşğul olan Adnan Oktar dünən Türkiyədə həbs edilib. Onunla birgə daha 235 nəfərin saxlanılması barədə qəarar çıxarılıb. Adnan Oktarın malikanəsindən silahlar, zirehli gödəkçələr və zirehli maşınlar çıxıb.

O, bir neçə il əvvəl də cinayət əməllərinə görə həbs edilmiş və həbsxana həyatı yaşamışdı. Hətta bir müddət psixoloji dispanserdə də yatmışdı. Amma hadisələrin gedişinə nəzər etdikdə aydın olur ki, hansısa gizli əllər onu həbsxana həyatından xilas etmək üçün dispanserə saldırıbmış.

Adnan Oktarın həbsinə səbəb isə tanınmış şəxslərin ailə həyatına müdaxilə, şantaj və fırıldaqçılıq maddələri idi. Dünən onun barəsində cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaq qaçaqmalçılığı, şantaj, şəxslərin azadlığını əlindən alma, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi niyyəti ilə fırıldaqçılıq və bu kimi onlarla maddə ilə cinayət işi açılıb.

Amma bütün bunlar hadisələrin Türkiyə tərəfidir. Bəs zərbaycanda nələr baş verir? Axı Adnan Oktarın Azərbaycanda da kifayət qədər ardıcılları var. Hətta onlar bir neçə dəfə onun rəhbəri olduğu A9 televiziyasına da çıxıblar və vaxtaşırı olaraq Türkiyəyə səfər edib ondan təlimatlar alıblar. Bunu həmin şəxslərin sosial şəbəkələrdə tez-tez Türkiyəyə səfər etdiklərini özündə əks etdirən görüntülər də sübut edir.

FaktXəbər olaraq bir neçə dəfə Adnan Oktarın fırıldaqları barədə məqalələr yayımlamışıq. Həmin məqalələrlə bağlı Adnan Oktarın vəkili Gülcan Karakaş tərəfindən hədə dolu məktub da almışıq. Həmin məktubun tonundan və üslubundan isə görünürdü ki, ona Azərbaycan kömək edənlər, daha doğrusu yön verənlər olub.

Bəs kimlərdir Adnan Oktarı, başqa adı ilə Harun Yəhyanı Azərbaycanda təbliğ edənlər?

Aşağıda təqdim etdiyimiz videoda ilk öncə Adnan Oktara beyət edənləri və onun A9 kanalında Azərbaycandakı müridlərinin hesabatını görə bilərsiniz.

Kiçik bir araşdırma nəticəsində məlumat əldə etdik ki, Azərbaycana Adnan Oktarın fəaliyyət qolları hələ bir neçə il əvvəldən uzanıb. Uzun illərdir onun kitabları ali təhsil ocaqlarımızda gənclər arasında pulsuz paylanır. Kitabları paylayanlar isə Adnan Oktarın özünün dediyi kimi yaraşıqlı gənclərdir. Bu yaraşıqlı gənclər həm oğlanlardan, həm də qızlardan ibarətdir. Onların başında duranlar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyidir. Kimlərdir bu birliyin sosial şəbəkələrdə də məşhur olan ismləri: Aysel Vəliyeva, Ramiq Vəliyev, Sarvan Məmmədli, Günay Şahbazova, Kəmalə Abdullayeva, Sevinc Haqverdizadə, Asya Vəliyeva, Tünzalə Məmmədova, Rəna Məmmədli, Cavanşir Axundov, Hüseyn Məmmədov, Əzizağa Hüseynov və başqaları. Bu şəxslərin sosial şəbəkələrdəki profillərinə və səhifələrinə baxdıqda açıq şəkildə Adnan Oktarın təbliğatı ilə məşğul olduqları görünür. Onların dərc etdirdiyi, maya dəyərindən aşağı qiymət qoyduqları, əksərən pulsuz payladıqları, hər nömrəsinin isə geniş şəkildə təqdimatını keçirdikləri “Düşünən İnsan” jurnalının bütün nömrələri demək olar ki, Adnan Oktarın Harun Yəhya imzası ilə dərc oluan (bu kitabları A.Oktarın yazmadığı, ətrafına yığdığı kediciklər tərəfindən müxtəlif dillərdən tərcümə olunmuş və üzərində işlənmiş materiallar olduğu onun yanından qaçanlar tərəfindən artıq ifşa edilib) kitablardakı yazı materiallarından ibarətdir. Araşdırmamız nəticəsində o da məlum oldu ki, “ensonxeber.az” saytı da Adnan Oktara Azərbaycandakı şəbəkəsinə məxsusdur. 

Bundan əlavə, həmin şəxslərin yaşıl fonda olan fotoları da var ki, bunu da video işləri ilə məşğul olanlar “xroma-key” adlandırırlar və əsasən studiya çəkilişlərində istifadə olunur. Daha sonra montaj vasitəsi ilə yaşıl fon götürülür və istənilən səhnələr əlavə olunur.

Onlar təkcə Azərbaycan dilində 100-dən artıq sayt, onlarla feysbuk, onlarla instaqram səhifələri idarə edirlər. Özlərinin bildirdiyinə görə, indiyə qədər Adnan Oktarın 10 minlərlə kitabı hədiyə olunub. Aşağıda onların bəzilərini təqdim edirik. Araşdırmamız nəticəsində həmin şəxslərin bəzilərinin profillərindən Adnan Oktarla bağlı paylaşımları pozduğu, bəzilərinin isə profillərini bağladığının şahidi olduq. Amma dostluqlarında olan şəxslərin Adnan Oktarla bağlı paylaşımlarının altındakı bəyənmələr onları ələ verir.

Yəqin ki, bu araşdırmanı oxuyandan sonra azərbaycanlı valideynlər bir daha uşaqlarının nə işlə məşğul olmaları, dost-tanışları ilə yaxından maraqlanacaqlar. 

Sonda bir məsələni də qeyd edək. Adnan Oktar barəsində açılan cinayət işinin maddələri və onun yanından qaçanların verdikləri ifadələr göstərir ki, bu şəxs çox iyrənc işlərlə məşğul olub; uşaqların cinsi istismarı, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, insanların şəxsi azadlığının əlindən alınması və sair. Bütün bunlar isə Azərbaycanı da gözləyən faciələrdir. Bəlkə də biz artıq gecikmişik, bəlkə də onun tutulması övladlarımızı bu şəbəkənin qurbanı olmaqdan qoruyub.

Adnan Oktarın "Kedicik" adlandırdığı qadınlar ilk ifadələrində dəhşətli cəzalandırma üsullarından danışıblar. Onlar, "itaətsizlik edən qadına 24 saatda 20 kişi təcavüz edirdi", - deyə bildiriblər. 

Oktarın qurduğu sistemdə "Kediciklər" adlandırılan qadınların başqa, "erkekler", "bacılar", "kız kardeşler", "ədliyyə əməkdaşları" kimi vəzifə bölgüləri də olub. 

Bunların arasında ən maraqlısı isə kişilər tərəfindən aldadılan və "bacılar" olaraq adlandırılan şəxslərin "Turniket" sistemi adını verdikləri bir üsulla 11-17 yaşlarındakı qız uşaqları "seks köləsi" halına gətirilmələridir. Bildirilir ki, evlənmək vədilə aldadılıb, "kız kardeşler" qrupuna verilən şəxslər evlənmə vədi verən kişi müriddən əvvəl digər kişilərlə əlaqəyə girməyə məcbur edilərək "seks köləsi" halına gətirilirmiş.

FaktXəbər Analitik Mərkəzi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 12:20



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com