Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2019
16:39
342
Adil Əliyev saxta idman qurumlarından danışdı

Saxta qurumlara qarşı mübarizə aparırıq. Bizim federasiya ilə əməkdaşlıq edən heç bir idmançı saxta yarışlara qatılmır. Federasiyamızda həvəskar və peşəkar kikboksinq var. Amma həvəskar kikboksinqdə heç bir halda saxta yarışlarda iştirak etmirik.

Bunu millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Millət vəkili bəzi idmançıların saxta qurumlarla əməkdaşlıq etməsindən şikayətlənib:

“Biz həmişə Beynəlxalq Olimpiya komitəsinin tanıdığı WAKO-nun turnirlərinə qatılırıq. Elə idmançı var, deyir, filan şəhərdə dünya və ya Avropa çempionu olmuşam. Halbuki araşdıranda məlum olur ki, heç o şəhərin tarixində dünya çempionatı keçirilməyib.

Saxta insanların qarşısını almağı tək bacarmırıq. İdmançı yarışda iştirak edəndə mətbuat orqanı federasiyadan soruşmalıdır. Biz kimin əsl dünya və Avropa çempionu olduğunu bilirik.

Bizim başqa idman növləri kimi böyük sponsorumuz yoxdur. İdmançıları WAKO-nun il ərzində 22 yarışından üçünə göndərə bilirik. Maksimum 15 idmançı ilə təmsil olunmağı bacarırıq. Çünki maliyyəmiz yetmir.

Saxta federasiyaların adlarını çəkmək istəmirəm. O saxtakarların klubları belə yoxdur. Azərbaycan Kikboksinq Federasiyasının isə 100-dən çox klubu var. Hətta məşqçi tapmırıq ki, o klubları dolduraq.

Onlar İncəsənət Universitetini bitiriblər, idmanı yox, incəsənəti yaxşı bacarırlar. İstəyirəm ki, media da əsl çempionlarımızı işıqlandırsınlar. Bu məsələdə medianın da üzərinə çox yük düşür”.

Məqalədə : Adil Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
33

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
62

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
51

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
224

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
174
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 12:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru