Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
14:52
212
Ağcabədidə polislərdən nümunəvi davranış

Ötən gecə saat 1 radələrində Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin ətrafında izdiham yaranmışdı. Məntəqənin yanacaq saxlama anbarında iki nəfər huşsuz halda yıxılıb qalmışdı.

Faktxeber.com məlumat verir ki, onlardan biri məntəqənin işçisi, digəri isə onu anbardan xilas etməyə çalışan məntəqə sahibi idi. İzdiham getdikcə artırdı, ancaq anbara daxil olmaq mümkün deyildi. Ərazidə xidmət aparan Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları, polis serjantları Elman Təhməzov və Nəriman Əliyev izdihamın olduğu yerə yaxınlaşaraq mövcud vəziyyəti öyrəniblər. Vaxt az, həmin şəxsləri isə oradan xilas etmək həddən artıq riskli görünürdü.

Buna baxmayaraq polis əməkdaşları zəhərli qazla dolmuş anbarın içərisinə daxil olaraq huşsuz halda yıxılıb qalmış vətəndaşları oradan sağ-salamat çıxarmağa nail olublar. Vətəndaşları xilas edən zaman polis əməkdaşları özləri də zəhərlənərək huşunu itirib. Daha sonra kənd sakinlərinin köməkliyi sayəsində onlar təcili tibbi yardım vasitəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Həkimlərin səyi nəticəsində həm vətəndaşların, həm də polis əməkdaşlarının həyatını xilas etmək mümkün olub. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarının səhhəti yaxşılaşdıqdan sonra ilk soruşduqları vətəndaşların vəziyyəti olub. Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri Tofiq Cəfərov və Əmrah Əliyev onları xilas edən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Məqalədə : Polis Ağcabədi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1594

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2681

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1049

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1080

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1519

Dünən Bakıda 16 nəfəri gün vurub

25

İyun
12:18
ÖLKƏ
1081

İsrail Qəzzanı işıqsız qoydu

25

İyun
11:45
DÜNYA
169
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 15:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru