Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
09:42
Ağcabədidə 23 yaşlı gənc “ə” müraciətinə görə bıçaqlandı

Ağcabədidə cinayət hadisəsi baş verib.

Hadisə fevralın 26-da, saat 15 radələrində rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Rafiq Mirzəliyev əmisi 1956-cı il təvəllüdlü Etibar Mirzəliyevlə torpaq sahəsində kirpi ovlayıblar. O, qardaşı, 1981-ci il təvəllüdlü Ramiz Mirzəliyev, E.Mirzəliyevin oğlanları – 1997-ci il təvəllüdlü Cəsur Mirzəliyev və 2002-ci il təvəllüdlü Cəzahir Mirzəliyevlə birlikdə həmin torpaq sahəsində yeyib-içiblər. Spirtli içki qəbul edəndən sonra Rafiq Mirzəliyev əmisi E.Mirzəliyevə “ə” ifadəsi işlədib. Daha sonra Rafiq Mirzəliyevlə əmisi oğlu C.Mirzəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Rafiq Mirzəliyev üstündə gəzdirdiyi cib bıçağı ilə C.Mirzəliyevin döş qəfəsinə 2 zərbə endirib.

C.Mirzəliyev yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən Rafiq Mirzəliyev saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb./Report

Məqalədə : bıçaqlanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4882

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3318

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2645

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 21:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru