Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2019
12:48
ABŞ sanksiyaları İrandakı xərçəng xəstələrinin həyatını təhlükəyə salıb

ABŞ-ın birtərəfli şəkildə nüvə sazişindən çıxması və sanksiyaların bərpası İranda xərçəng xəstəliyindən əziyyət çəkən insanların həyatını təhlükəyə salıb.

FaktXəbər-in məlumatına görə, bu barədə "ABC News" agentliyi yaızb

Məlumatda bildirilir ki, İranın aparıcı "Pars İzotop" dərman isyehsal ilə məşğul olan şirkətinə qarşı sanksiya tətbiq etdikdən sonra xərçəng xəstələri ölkədə zəruri olan dərmanları tapmaqda ciddi çətinlik çəkir. 

Pars İzotop şirkətinin rəhbəri Məhəmməd Reza Davarpanah ABC News-a verdiyi müsahibədə bildirib ki, bu xəbər onları təəccübləndirib. "Fəaliyyətlərimiz yalnız tibbi məqsədlər üçün həyata keçirilir. Hər il 800 minə yaxın iranlı məhsulumuzdan istifadə edir", - o qeyd edib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp cari ilin may ayında ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. 

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Məqalədə : ABŞ İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
430

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
481

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
480

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
66284

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
779

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2020 02:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru