Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2019
10:30
ABŞ Rusiyaya qarşı `cəhənnəmdən gələn sanksiyalar`ın ləğvinin şərtini açıqlayıb

ABŞ Senatı bu yaxınlarda rusiyaya qarşı tətbiq etidyi sanksiyaların ləğvi mexanizminə dair sənəd təqdim edib. 

FaktXəbər-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi yazıb. 

Dərc olunan sənəddə bildirilir ki, Senat 45 gün ərzində, sanksiyaların tətbiqindən sonra isə hər 90 gün qanun layihəsinin mətnində göstərilən faktların təsdiqlənib-təsdiqlənməməsi barədə hesabat göndərməli olacaq. Faktlar təsdiqlənməsə, sanksiyalar qaldırılacaq.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiya Federasiyasına qarşı "cəhənnəmdən gələn sanksiyalar" kimi tanınan əlavə sanksiyaları nəzərdə tutan DASKA qanun layihəsini təsdiqləyib. Qanun layihəsi 17 səslə təsdiqlənib, 5 nəfər layihənin əleyhinə səs verir. Sənəd Senata təqdim olunub. Layihə respublikaçı senator Lindsi Qraham ilə senator Kori Qardner və Demokratlar Bob Menendez, Ben Kardinin dəstəyi ilə hazırlanmışdır. Sənəd ilk dəfə 13 fevral 2019-cu ildə komitəyə təqdim edilib.

DASKA (Defending American Security from Kremlin Aggression Act of 2019) adı ilə tanınan layihə Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qorumaq Aktıdır.

Məqalədə : ABŞ Rusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
142

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
222

Bakıda maşından polislərə atəş açıldı

17

Yanvar
14:20
HÜQUQ,HADİSƏ
397

Süd bioloji qocalmanı yavaşladır

17

Yanvar
12:54
AİLƏ, SAĞLAMLIQ
476
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2020 18:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru