Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2020
15:07
ABŞ İraqdan qoşunların çıxarılmasına başlayır

ABŞ İraqdan qoşunlarını çıxarmağa başladı. Bu barədə "Al Arabiya" televiziya kanalı xəbər verir.

ABŞ ordusu 15 bazanı tərk edir. Bağdad və Vaşinqton rəsmiləri hələ bu məlumatı şərh etməyiblər. "Al Arabiya" həmçinin Fransa, Almaniya və Avstraliyanın İraq hökumətinə qoşunların ölkədən çıxarılması üçün bir sorğu göndərdiyini yazır.

Yanvarın 5-də İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasına dair qərar verib. Hazırda İraqda ABŞ, İngiltərə, Fransa, Almaniya və digər ölkələrin hərbi qüvvələri var. ABŞ bu qərardan məyus olduğunu bildirib.

Qoşunları çıxarılması qərarı İran ordusunun generalı Qasim Süleymaninin ABŞ tərəfindən İraqda terror edilməsindən sonra qəbul edilib.

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü Əli Əl-Ğaninin bildirib ki, ABŞ 15 bazanı boşaltmağa başlayıb, amma iki bazanın - Ərbil və Eynul-Əsədin saxlanılmasına çalışır. 

Məqalədə : ABŞ İraq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu məhkəmələrdən xalq narazıdır - SİYAHI

19

Fevral
10:31
HÜQUQ,HADİSƏ
381

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
405

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 12:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru