Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
11:24
ABŞ İranın zərbəsindən sonra yaralanan əsgərlərin sayını bir qədər də artırdı

ABŞ Eyn Əl-Əsəd bazasında İranın raket hücumları nəticəsində yaralanan əsgərlərinin satını bir qədər də artırdı. "Reuters" "Pentaqon"dakı mənbəsinə istinadən yazıb ki, yaralanan əsgərlərin sayı 109-dur.

Xatırladaq ki, yanvarın 8-i İranın İraqda yerləşən ABŞ hərbi bazalarına endirilən zərbədən sonra Amerika prezidenti Donald Tramp bu zərbəni gözlədiklərini, bazaları boşaltdıqlarını və heç bir itkilərinin olmadığını, hətta yaralananın belə olmadığını açıqlamışdı. İran tərəfi isə raket zərbələri zamanı 80-ə yaxın ABŞ əsgərinin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlamışdı.

Daha sonra mediaya məlumat sızdırılaraq 11 əsgərin yaralandığı açıqlandı. Bundan iki gün sonra isə yaralı sayının 21 olduğu bildirildi. Sözügedən rəqəm bir neçə gün fasilə ilə 36 oldu. Yanvarın 28-də yaralı sayını "Pentaqon" sözçüsü general-polkovnik Tomas Kempbel 50 göstərdi. Yanvarın 31-də isə CNN-ə danışan "Pentaqon" rəsmisi 64 əsgərlərinin yaralandığını bildirdi.

Görünən odur ki, ABŞ bütün təkziblərə baxmayaraq, yaralanan əsgər sayını gilədə bilmir. Həmçinin, bu qədər əsgərin yaralandığı raket hücumunda ölənin olmaması inandırıcı gəlmir.

Məqalədə : ABŞ əsgəri İraq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
282

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
274

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
230

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 00:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru