Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2019
11:29
ABŞ İranla bağlı məlumat ötürənlərə 15 milyon dollar verəcək - FOTO

ABŞ İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) maliyyə şəbəkəsinə zərər verməyə yardım edəcək məlumatlar qarşılığında 15 milyon dollarlıq mükafat ayırıb.

FaktXəbər-in "Financial Times"a istinadən verdiyi məlumata görə,  ABŞ-ın Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk avqust ayının 24-də İranın Cəbəlüttariqdə saxlanılmış "Adriana Dara" tankerinin kapitanının elektron poçtuna məktub göndərib. Məktubda Huk gəminin kapitanına bir neçə milyon dollar əvəzində həmin tankeri ABŞ-a təhvil verməyi təklif edib. Gəminin kapitanı bunu rədd etdikdən sonra növbəti məktubda gəminin kapitanına ABŞ tərəfindən sanksiya qoyulub.

ABŞ-ın İran təmsilçisi Brayan Huk məsələ ilə bağlı deyib ki, İranın bu fəaliyyətlərini pozmaq üçün hər cür diplomatik və iqtisadi vasitələri istifadə edəcəklər: "Tarixdə ilk dəfə bir dövlət qurumunun fəaliyyətlərinin pozulmasına yol açacaq məlumatlar üçün mükafat təklif edirik".

Qəzetin yazdığını ABŞ Dövlət Departamenti də təsdiqləyib.

Həmçinin dünən ABŞ Dövlət Depatamentinin tvitter hesabında SEPAH-ın iqtisadi dövriyyəsini sarsıda biləcək məlumatı verən şəxslərə 15 milyon ABŞ dolları pul mükafatı verəcəyi açıqlanıb.

Məqalədə : ABŞ İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15512

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14182

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15606

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15189

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20552

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15084

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15234
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 12:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru