Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
15:38
629
Abituriyent imtahana yeni dərsliklərlə hazırlaşıb, suallar köhnə dərsliklərdən düşüb

Ali məktəblərə builki yaz qəbul imtahnları başa çatandan sonra məlum oldu 700 bal toplayan abituriyent yoxdur. Bu isə cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Axı ötən ilədək qəbul imtahanlarında maksimum bal toplayanlar olduğu halda, bu il nə baş verdi?

FaktXeber.com-un verdiyi məlumata görə, Tarix İnstitunun elmi işçisi Ramin Əlizadə məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzini (DİM) ittiham edib.

Pedaqoq bildirib ki, DİM bu il müəllimləri, onların şagirdlərini, abituriyent valideynlərini əməlli-başlı ələ salıb. Onun sözlərinə görə, bu il abituriyentlər qəbul imtahanlarına kurikuluma aid test topluları əsasında hazırlaşıblar. Çünki DİM əvvəlcədən bəyan edib ki, bu il kurikulum üzrə ilk dəfə məzun olanlar imtahan verirlər. Və satışa çıxarılan toplular da DİM-in kurikulum üzrə test vəsaitləri olub. Ancaq qəbul imtahanları zamanı məlum olub ki, abituriyentlərə verilən test tapşırıqlarının heç biri kurikuluma aid deyil, köhnə sistemdən qalan tapşırıqlara aid suallardır:

“Səsini də çıxaran yoxdur ki, abituryent məsələn, tarix fənindən elə köhnə dərslikləri oxusaydı gedib 100% nəticə göstərərdi. DİM bu kurikulumbazlıq oyunu ilə test toplularını  satıb bir dəfə qazanmışdı, bu da ikinci qazancı oldu. 

Ay özünə hörmət edən DİM rəhbərliyi!

Abituriyent gecə-gündüz imtahana hazırlaşıb, həm də yeni dərsliklər əsasında. Amma gedib imtahana görüb ki, sualların 90%-i elə köhnə dərsliklərdən, hətta köhnə dərsliklər əsasında hazırlanmış toplulardandı.

Bəs onda DİM adını yeni təhsil sistemi - kurikulum qoyduğu test toplularını abituriyentlərə niyə satırdı?

Hələ üstəlik universitet tələbələrinə şablonla qəbul imtahanında iştirak etmiş abituriyentlərin cavablarını yoxladırlar. Bəs hanı "marker ordusu"? Abituriyent yeni dərslikdə olan yüzlərlə yeni faktı gecəsini-gündüzünə qatıb oxudu, əzbərlədi, amma köhnə dərslikdə olan faktlar suallara salındı. 

Belədə abituriyentlərə intihar və stress halları yaşadan DİM günahkardır! 

Əgər kurikulum dərslikləri qəbul imtahanına lazım deyildisə, DİM-in jurnalında ədəbiyyat kimi niyə yayınlanmışdı?"

Məqalədə : imtahan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3466

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1654

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2823

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1106
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 08:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru