Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2020
13:38
ABŞ indi də 36 əsgərinin yaralandığını açıqladı

Yanvarın 8-i İranın İraqda yerləşən hərbi bazalarına endirilən zərbədən sonra ABŞ prezidenti Donald Tramp bu zərbəni gözlədiklərini, bazaları boşaltdıqlarını və heç bir itkilərinin olmadığını açıqlamışdı. İran tərəfi isə raket zərbələri zamanı 80-ə yaxın ABŞ əsgərinin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlamışdı.

Daha sonra mediaya məlumat sızdırılaraq 11 əsgərin yaralandığını açıqlandı. Bundan iki gün sonra isə yaralı sayının 21 olduğu bildirildi.

Bu gün ABŞ Müdafi Nazirliyi "Pentaqon" açıqlama yayaraq İranın raket zərbələri nəticəsində 34 hərbçisinin yaralandığını deyib. Qeyd edilir ki, hərbçilər beyin silkələnməsi keçiriblər. Xəsarət alanlardan 8 nəfəri ABŞ-a gətirilib.

"Pentaqon" ölən əsgər sayı məsələsinə isə toxunmayıb.

Bu arada isə Bağdadda milyonluq aksiya keçirilərək İraqdakı bütün ABŞ bazalarının bağlanması tələb edilib. İraq Parlamentinin də hərbçilərin ölkədən çıxarılmasını tələb etməsinə baxmayaraq, ABŞ bundan imtina edir. İraq hökumətinin razılığını almadan tikdiyi bazalar üçün ABŞ milyard dollar təzminat istəyir və İraqı sanksiyalarla hədələyir.

Məqalədə : ABŞ İraq İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
254

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
286

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
268

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 23:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru