Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Yanvar

2017
10:07
435
Abidə qalmaqalı: diplomatlar geri qayıdır, iqtisadi əlaqələr dayandırılır

İşğal dövründə yaponların cinsi istismarına məruz qalan qurbanlar üçün ucaldılmış «qadınlar üçün təsəlli» abidəsi ilə bağlı yaranan qalmaqaldan sonra Yaponiyanın Seuldakı səfiri  Yasumasa Naqamine bazar günü Cənubi Koreyanı tərk edib  və öz vətəninə qayıdıb.

FaktXəbər-in TASS-a istinadən məlumatına görə, səfir  gedərkən aeraportda jurnalistlərə müsahibəsində bunun böyük təəssüf doğurduğunu bəyan edib.

Yaponiyanın  baş Konsulu da bu gün Pusananı  tərk edərək Yaponiyaya qayıdıb. Bundan əvvəl bildirilmişdi ki, yaponiyalı diplomatlar  Cənubi Koreyanı bir həftə müddətində tərk edəcək.

Səfirin geri çağrılmasından əlavə, Tokio  pul mübadiləsi məsələlərinin konsultasiyasını dayandırmağı və iqtisadi məsələlərdə yüksək səviyyəli danışıqları  təxirə salmağı qərara alıb. Cənubi Koreya  XİN-in bu addımdan kədərləndiyini bildirib, Maliyə Nazirliyi isə  iqtisadi əməkdaşlığın  siyasətdən asılı olmayaraq inkişaf etməli olduğunu bəyan edib.

Qeyd edək ki, abidə Cənubi Koreya İctimai Təşkilatlarının nümayəndələri tərəfindən yerli hökumətlə razılaşdırılmadan dekabrın 28-də Pusanedə qoyulmuşdu. Lakin elə həmin günü də o, götürülmüşdü. Dekabrın 30-da  aktivistlər  şəhər administrasiyasından razılıq alaraq, abidəni yenidən Yaponiya  diplomatik nümayəndəliyinin yaxınlığında quraşdırımasına nail olmuşdu.

Seulun məlumatına görə, II Dünya müharibəsi dönəmində 200 minə yaxın koreyalı və çinli qadın yaponiyalı hərbçilər tərəfindən cinsi zorakılığa məruz qalıb.

2015-ci ilin dekabr ayında Yaponiya və Koreya Respublikası  II Dünya müharibəsi dönəmində  cinsi köləlik problemi ilə əlaqədar razılığa gəlmişdi. Yaponiya tərəfi bununla bağlı öz  dərin məsuliyyətini etiraf etmişdi.

Ötən ilin avqust ayında Tokio Yaponiya işğalı dönəmində cinsi istismara məruz qalmış qadınlara yardım edən Cənubi Koreyanın  «Barışıq və Şəfa Fondu»a 1 milyard yuan (8,5 milyon dollar) ayrılmasını təsdiqləmişdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru