Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2019
10:22
966
ABŞ Dövlət Departamenti Türkiyəni yenidən sanksiya ilə hədələdi

ABŞ Dövlət Departamentindən olan yüksək çinli bir rəsmi Türkiəyinin cənub sərhədləri ilə bağlıbeynəlxalq təhlükəsizlik qayğılarını başa düşdüklərini, amma keçirilən "Sülh Çeşməsi" adlı əməliyyatı dəstəkləmədiklərini açıqlayıb.

FaktXəbər-in məlumatına görə, media nümayəndələrinin iştirakı ilə keçirilən telekonfransa qatılan sözügedən səlahiyyətli şəxs keçirilən əməliyyatla əlaqədar uzun müddətdir Ankara ilə müzakirələr apardıqlarını, Türkiyənin narahatlıqlarını başa düşdüklərini, amma eyni zamanda İŞİD terrorçuları ilə mübarizə çərçivəsində Suriyada müttəfiqə ehtiyacları olduğunu deyib:

"Bu müttəfiq PKK-nın Suriya qolu olan YPG-nin üstünlük təşkil etdiyi Suriya Demokratiq Qüvvələridir (SDQ). Təbii ki, bu vəziyyət 35 ildir PKK-nın həyata keçirdiyi qorxunc terror hücumlarına görə əziyyət çəkən Türkiyə üçün problemlidir. Yəni Türkiyənin haqlı narahatlıqları var, ancaq bu hərbi əməliyyat İŞİD-lə mübarizə aparan və bir çoxu o bölgənin əhalisindən təşkil edilən SDQ üzvlərinə zərər verir. Bundan əlavə, bütün bölgədə narahatçılıq və təhlükə yaradır. Buna görə də TÜrkiyənin keçirdiyi əməliyyatı qəti şəkildə dəstəkləmirik."

Daha sonra NATO üzvü olan Türkiyənin keçirdiyi əməliyyata hərbi müdaxilə edilməyəcəyini deyən Departament rəsmisi, "Türkiyə müəyyənləşdirilmiş bölgədən kənara çıxarsa, mülki vətəndaşların ölümünə səbəb olarsa və ya insan haqlarını pozarsa, sərt sanksiyalarla üzləşəcək", - deyə bildirib.

O son olaraq bildirib ki, Türkiyənin başladığı əməliyyatın dayandırılması və YPG/PKK tərəfindən Türkiyəyə qarşı təhdidlərin dayandırılması üçün bəzi işlər həyata keçiriblər və Tramp da YPG və Türkiyə arasında vasitəçilik etmək, atəşkəs yaratmaq üçün yollar axtarır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
105

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
21

Şənbə-bazar yol qəzalarında 5 nəfər ölüb

21

Oktyabr
10:52
HÜQUQ,HADİSƏ
31

Bakıda 8 yaşayış binası söküləcək

21

Oktyabr
10:02
ÖLKƏ
64

Xarici valyutaların manata qarşı məzənnələri

21

Oktyabr
09:26
İQTİSADİYYAT
44

Neftin ucuzlaşması davam edir

21

Oktyabr
09:18
İQTİSADİYYAT
51

Əli Kərimli saxlanıldı - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1334
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru