Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
10:33
ABŞ İdlibə aviazərbələri təsdiqlədi

ABŞ hökuməti şənbə günü İdlib yaxınlığında "Əl-Qaidə" terrorçularının liderlərinin mövqelərinə hücum olduğunu təsdiqləyib. FaktXeber.com-un məlumatına görə, bu barədə TASS ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi podpolkovnik Erl Brouna istinadən xəbər verib. Məlumata görə, əməliyyat "ABŞ vətəndaşlarını, onların tərəfdaşlarını və mülki şəxsləri təhdid edən hücumlara cavabdeh" yaraqlı liderlərə qarşı keçirilib. O, bildirib ki, İdlibin şimalında yerləşən bir obyektə zərbə vurulub.

Brounun sözlərinə görə, Suriyanın şimal-şərqi ekstremistlərini terror fəaliyyətlərini koordinasiya etdikləri sığınacaq kimi qalır".

Xatırladaq ki, bundan əvvəl "Əl-Mayadeen" telekanalı ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının şənbə günü İdlib yaxınlığında yerləşən Xoras ad-Din ekstremist qruplaşmasının qərargahına raket zərbəsi endirdiyini xəbər vermişdi. Kanalın məlumatına görə, hücum nəticəsində 40-dan çox hərbçi və sahə komandiri məhv edilib.

Yeri gəlmişkən qeyd edək ki, avqustun 31-dən Moskva vaxtı ilə saat 06:00-dan etibarən İdlib əyalətində atəşkəs rejimi qüvvədədir. Suriya ordusunun komandanlığı şənbə günü barışığa razılıq verdiklərini, lakin terrorçuların hər hansı bir pozuntusuna cavab vermək hüququnu özlərində saxladığını söyləmişdi. Lakin bir gün sonra Rusiya Müdafiə Nazirliyi  ABŞ-ın Moskva və ya Ankaraya bildiridmədən İdlibə hava hücumu etdiyi bildirib. Nazirliyin, "Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzi"nə istinadla verdiyi açıqlamada, 31 Avqustda Moskva saatıyla 15.00-də İdlibin Maarrat Misrin və Kafr Həya yaşayış məntəqələrinə ABŞ tərəfindən hava hücumu təşkil olunduğu bildirilib, həmin yaşayış bölgələrində çoxsaylı itki və dağıntı meydana gəldiyi qeyd edilib. ABŞ-ın İdlibdə atəşkəsin davam etməsini təhlükəyə atdığı və bir çox sahədə də atəşkəsi pozduğu vurğulanan açıqlamada, ABŞ, İdlibdə planlaşdırdığı aksiyalar haqqında Rus və ya Türk tərəfinə bildirilmədiyi, belə hücumların, əvvəlki bütün müqavilələrin pozulmasına səbəb olduğu deyilib.

Məqalədə : İdlib 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12772

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11496

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12919

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12508

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17863

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12336

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12495
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2020 16:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru