Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
12:51
ABŞ ballistik raketləri sualtı qayığa yerləşdirdi

ABŞ Müdafiə Nazirliyi Nüvə Vəziyyətinin Araşdırılması Sənədi çərçivəsində hazırlanmış "W76-2" aztutumlu nüvə başlığı daşıyan ballistik raketlərin Amerika sualtı qayıqlarında dəyişdirildiyini açıqlayıb.

Bu barədə danışan Müdafiə Nazirlyinin müdafiə siyasəti müşaviri Con Rud 2018-ci ildə yayımlanan Nüvə Vəziyyətinə dair Sənədə toxunaraq, "Nazirlik, Rusiya kimi potensial düşmənlərin aztutumlu nüvə silahlarının ABŞ və müttəfiqlərinə qarşı özlərinə üstünlük verdiyi fikirlərinə cavab olaraq sualtı qayıqdan atılan bir neçə raketin döyüş başlıqlarını dəyişdirdi", - deyə bildirib.

Sözügedən raketlərin ABŞ və müttəfiqlərinin qorxusunu artırdığını və Amerika ordusuna daha sürətli və çevik strateji qabiliyyət verdiyi qeyd edilir:

"Bunlar potensial düşmənlərə göstərir ki, aşağı tutumlu nüvə silahlarında heç bir üstünlük yoxdur. Çünki ABŞ hər təhdid ssenarisinə dəqiq və qətiyyətlə cavab verə bilir."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu məhkəmələrdən xalq narazıdır - SİYAHI

19

Fevral
10:31
HÜQUQ,HADİSƏ
386

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
405

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 12:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru