Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Avqust

2021
10:33
ABŞ-ın Kabilə raket zərbəsi nəticəsində 9 nəfər ölüb

Kabildə ABŞ-ın pilotsuz uçan aparatı (PUA) vasitəsilə endirdiyi aviazərbə nəticəsində 6-sı uşaq olmaqla 9 mülki şəxs həlak olub. Onların hamısının bir ailənin üzvləri olduğu deyilir.

Bu barədə “CNN” ölənlərin qohumlarına istinadən məlumat yayıb.

Onların ailə üzvlərindən biri terrorçuların avtomobilinə yönəlmiş hücum nəticəsində həyatını itirənlərin hamısının adını çəkib. Ölənlərdən ən kiçiyi iki və üç yaşlı uşaqlar olub.

Telekanalın müsahibləri aviazərbə nəticəsində ölənlərin hamısının adi insanlar olduğunu deyib.

Bundan əvvəl Əfqanıstan “Ariana News” telekanalı olan Kabilə edilən raket zərbəsi nəticəsində 4-ü uşaq olmaqla 6 nəfərin öldüyünü bildirmişdi.

Qeyd edək ki, ABŞ ordusu bazar günü Əfqanıstanın paytaxtında çox miqdarda partlayıcı maddə daşıyan və Kabil hava limanı üçün təhlükə yaratdığı bildirilən bir avtomobilə PUA vasitəsilə zərbə endirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru