Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
15:07
260
ABŞ-ın Birgə Əməliyyat Komandanlığının Qərargahı Qətərdən Karolinaya köçürüldü

ABŞ hərbi qüvvələrinin hava əməliyyatları üçün komandanlıq bazası İranla gərginlik fonunda müvəqqəti olaraq Qətərdən Cənubi Karolinaya köçürülüb. FaktXeber.com-un verdiyi məlumata görə,bu barədə Washington Post qəzeti xəbər yayıb.

Məlumata görə, ABŞ HHQ 13 il idi ki, Qərbi Asiya bölgəsindəki qırıcılarını, pilotsuz uçan aparatlarını və digər hava qüvvələri texnikalarını idarə etmək üçün burdan istifadə edirdi. 

Maraqlıdır ki, Qərbi Asiya, o cümlədən Suriya, Əfqanıstan və Fars körfəzində yüzlərlə yer mövcud olduğu halda ABŞ və müttəfiqləri Yaxın Şərqdən 7000 mil uzaqlıqda Cənubi Karolinadakı Şou Hava Bazasına köçürülüb.

ABŞ Ordusunun komandiri polkovnik Frederik Coleman bildirib ki, İran ABŞ qüvvələrinə müxtəlif mənbələrdən hücum etmək niyyətini dəfələrlə açıqlayıb. Ekspertlər həmçinin İranla qarşıdurma vəziyyətində Birgə Hava Əməliyyatları Komandanlığının hədəf ola biləcəyini və bunun qorunacağına zəmanət olmadığını söyləyirlər.

Qeyd edək ki, bu köçürülmə əməliyyatının fövqəladə vəziyyətdə komanda mərkəzini dəyişdirmək üçün sadəcə bir təlimmi, yoxsa sözügedən Mərkəzin Qətərdən ABŞ-a  birdəfəlik köçürməkmi olduğu aydın deyil.

ABŞ Hərbi Hava Qüvvələri Komandanlıq Mərkəzi 1991-ci ildə Səudiyyə Ərəbistanında Körfəz müharibəsi zamanı yaradılmışdır. 

Məqalədə : Qətər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
83

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
17

Şənbə-bazar yol qəzalarında 5 nəfər ölüb

21

Oktyabr
10:52
HÜQUQ,HADİSƏ
29

Bakıda 8 yaşayış binası söküləcək

21

Oktyabr
10:02
ÖLKƏ
59

Xarici valyutaların manata qarşı məzənnələri

21

Oktyabr
09:26
İQTİSADİYYAT
42

Neftin ucuzlaşması davam edir

21

Oktyabr
09:18
İQTİSADİYYAT
46

Əli Kərimli saxlanıldı - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1327
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 11:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru