Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2021
14:21
ABŞ-Əfqanıstan savaşının son akkordları, yoxsa... - Münasibət

Əhəd Məmmədli: “Taliban hakimiyyətə gələcək, NATO Əfqanıstandan Rusiyaya qarşı hərbi plasdarm kimi istifadə etməyə çalışacaq”

Günümüzdə dünyanın əsas müzakirə mövzularından biri Əfqanıstan məsələsidir. Onlarca ildir Əfqanıstanı çeşidli müharibələrin mərkəzi, terror aktlarının səngimədiyi coğrafiya kimi tanıyırıq. Bu müharibələr sırasında isə ABŞ-Əfqanıstan savaşı ən dağıdıcı, ən acınacaqlısıdır.

Xatırladaq ki, məlum 11 sentyabrdan bir ay keçmədən, dönəmin Amerika prezidenti Corc Buş Əfqanıstanda hərbi anti-terror ideologiyası adı altında ölkəni işğal etdi. Əfqanıstana hücumun digər əsas bəhanəsi olan Əl-Qaidə terror təşkilatının lideri Üsamə Bin Laden 2 may 2011-ci ildə öldürüldü. Amma ABŞ ordusu və NATO qoşunları Əfqanıstandan çıxmadı və müharibə bugünədək uzandı. Terrorçuları, radikal Taliban hərəkatını məhv edəcəyi vədini verən ABŞ əslində, Əfqanıstanı ötən 20 ildə viran qoydu, vətəndaş müharibəsi daha təhlükəli hal aldı. Amerika və müttəfiqləri 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyata başladıqdan sonra bu ölkədə terror və narkotik təhdidləri dəfələrlə artdı.

İndi ABŞ prezidenti Co Bayden bəyan edir ki, ABŞ-ın Əfqanıstandakı “hərbi missiyası” avqustun 31-də başa çatacaq, 11 sentyabrdan əvvəl bütün hərbi kontingent ölkədən çıxarılacaq. Amerika rəsmilərinin fikrincə, Baydenin bu qərarı verməsinin arxasındakı əsas səbəblərdən biri odur ki, o, 20 ildir davam edən müharibənin sonunun olmadığını düşünür.

Ümumiyyətlə, ABŞ-ın Əfqanıstanda başladığı müharibənin əsas strategiyası nə idi? Kabilin Talibanla keçid hökuməti qurmaq istəmədiyi, qarşıdurmaların səngimədiyi Əfqanıstanda nə vaxtsa sabitlik yaranacaqmı?

Ağ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədlinin Faktxəbər-ə bildirdiyinə görə, Amerika Əfqanıstanda iflas olaraq, Vyetnam sindromunu yaşadı: “Çünki Əfqanıstan bir bataqlıqdır. İndiyə qədər Əfqanıstana kim ayaq basıbsa, o bataqlıqda batıb. Tarixdə Nadir şah Əfşar imperiyasını çıxmaq şərtilə Əfqanıstanda müharibə aparan bütün imperiyalar məğlubiyyətə uğrayıblar. Heç şübhəsiz, ABŞ da eyni taleyi yaşadı. Birləşmiş Ştatların maliyyələşdirdiyi və dəstəklədiyi sekulyar qüvvələr Talibanın bir hücumu qarşısında kart evi kimi dağılmağa başladı. Ona görə ki, Amerikanın dəstəklədiyi marionetlərin ideologiyası yox idi. Onlar pulun üzərində qurulmuş qüvvələr idi və yiyələri olan ABŞ Əfqanıstandan çıxan kimi, bu marionet qüvvələr Talibanın qarşısında tab gətirmədilər”.

Maraqlı detallar önə çəkən müsahibimizin fikrincə, Əfqanıstan hakimiyyəti vaxtilə Molla Məhəmməd Nəcibullah iqtidarının aqibətini yaşaya bilər: “1986-1992-ci illərdə Əfqanıstana rəhbərlik edən Məhəmməd Nəcibullah SSRİ-nin adamı idi. Sovet qoşunları Əfqanıstandan çıxdıqdan bir neçə il sonra Nəcibullaha dəhşətli işgəncə verdilər və onu asdılar. İndiki Əfqanıstan hakimiyyəti bütün bunları başa düşür və Talibanın qarşısından qaçır. Bu, Birləşmiş Ştatların fiaskosudur. Düzdür, Əfqanıstanda ABŞ-ın NATO müttəfiqi Türkiyə qalacaq. Görünür, Amerika bununla Əfqanıstanda varlığını qurumaq istəyir. Məsələ burasındadır ki, hazırda Taliban Rusiya kontingentindəki müttəfiqlərinin - Tacikistan, Qırğızıstan sərhədlərinə çatıb. Təşkilat sərhədlərin xeyli hissəsinin, habelə İranla da sərhədlərin nəzarəti altında olduğunu bildirir. Ümumi açıqlamalardan belə qənaətə gəlinir ki, Əfqanıstanın 80-85 faiz ərazisi artıq Taliban silahlılarının tabeliyindədir”.

Ə.Məmmədlinin gözləntisinə görə, Taliban Əfqanıstanda yenə hakimiyyətə gələcək və ölkədə sabitlik yaranacaq. “Bu sabitlik diktatoraya, avtoritar rejimə çevriləcəkmi, bunu artıq gələcək göstərəcək. Amma onu deyə bilərəm ki, Əfqanıstan Pakistan tipli bir dövlət olacaq. Və NATO Əfqanıstandan Rusiyaya qarşı hərbi plasdarm kimi istifadə etməyə çalışacaq”.

Məqalədə : ABŞ Əfqanıstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
417

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
413

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
802

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
431

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
453

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
443

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
405

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
618
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 15:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru