Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2019
12:30
666
ABŞ-dan 4 milyard dollarlıq hərbi satışa razılıq

ABŞ Xarici İşlər Nazirliyinin Yaponiya, Danimarka, Litva, Macarıstan və Cənubi Koreyaya ümumi dəyəri 4 milyard dollardan artıq olan xarici hərbi satışa razılıq verdiyi bildirilir.

FaktXəbər bildirir ki, ABŞ Müdafiə, Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin verdiyi açıqlamalara görə, nazirlik, Yaponiyaya 3 milyard 295 milyon dollar dəyərində 73 "Standard Missile-3" (SM-3) "Block IIA" tipli raketin satışına razılıq verib. Sözügedən satışa "SM-3" sistemlərinin dəstək elementləri ilə "MK-29" proyektorlarının da daxil olduğu qeyd edilib.

Bundan başqa, ABŞ XİN tərəfindən Macarıstana 500 milyon dollar dəyərində 180 ədəd "AIM-120c" tipli inkişaf etmiş hava-hava orta mənzilli raket (AMRAAM) satışına razılıq verilib.

Macarıstanın silah alışı ordunun modernləşdirilməsi ilə yanaşı regional təhdidlərə cavab və ABŞ-la birgə hərəkət qabiliyyətini inkişaf etdirmək məqsədilə həyata keçirmək istədiyi vurğulanıb.

Bunlarla yanaşı, nazirlik tərəfindən Cənubi Koreyaya 72 milyon dollar dəyərində 31 "MK-54" tipli yüngül torpedo, Danimarkaya 200 milyon dollar dəyərində 9 ədəd aşağı tezlikli lokasiya sistem ilə 600 ədəd lokasiya üzgəci satışı da təsdiq olunub.

Xarici İşlər Nazirliyinin həmçinin Litvaya 170 milyon dollar dəyərində 500 ədəd yüngül taktiki hərbi texnika satışını təsdiq etdiyi qeyd olunur.

Sözügedən təsdiqlərlə birlikdə ABŞ-ın bir gündə razılıq verdiyi silah satışının ümumi dəyəri 4 milyard 37 milyon dollara çatıb.

ABŞ-da hərbi satış razılıqlarının reallaşması üçün Konqresin NATO üzvü olan ölkələrə qarşı 15 gün, NATO xaricindəki ölkələrə qarşı isə 30 gün ərzində etiraz etməməsi lazımdır.

Məqalədə : ABŞ silah satışı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
30

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
85

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
78

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
94

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
251

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
266

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
209

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
205
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 11:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru