Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Aprel

2017
16:58
820
ABŞ-da həkimi sürüyərək təyyarədən atdılar - VİDEO

Sosial şəbəkələrdə Amerikanın aeroportlarından birində təyyərədən  «artıq» sərnişinin sürüyərək çıxarılmasının görüntüləri yayılıb

FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, hadisə United Airlines kompaniyasının  Çikaqo-Luisvill reysi ilə hərəkət edən təyyarəsində baş verib. Hadisə şahidi  Odra D.Bridces-in bildirdiyinə görə, satıcı salonda olan yerlərdən artıq  bilet satıbmış.

Belə olan halda  United Airlines otel pulunu, təzminat və səhəri gün üçün bilet vulunu vermə təklifi ilə istənilən sərnişinin göyərtəni tərk etməyə çağırıb. Lakin könlüllü ortaya çıxmır. Vəziyyəti belə görən aviakompaniyanın əməkdaşları təsadüfi sərnişini seçirlər. Bu, həkim olur. Lakin  o, hospitala çatmalı olduğunu deyərək, salonu tərk etməkdən imtina edir. Bu zaman köməyə aeroportun  mühafizəçiləri gəlir: onlar  kişini zorla, sürüyərək göyərtədən çıxarmağa çalışırlar, hətta həkim huşunu itirdikdə belə dayanmırlar.

Bridcisin sözlərinə görə, qalan sərnişinlər baş verənlərlə əlaqədar şokda idilər.

United Airlines baş verənləri reysin dolması ilə izah edib.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru