Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
15:38
315
AAYDA yeni televiziya layihəsinə start verib-VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni televiziya layihəsinə start verib. FaktXeber.com-a bu barədə qurumdan bildirilib. Məlumata görə, layihənin adı “YOL İŞİ”dir.

"Azərbaycan televiziyasında hər həftənin şənbə günü saat 13:30-da yayımlanan “YOL İŞİ” verilişində sizə yenidən qurulan, yeni inşa edilən yollardan sonra həmin ərazidə nələrin dəyişdiyindən, turizm, kənd təsərrüfatı, ümumilikdə iqtisadiyyatın inkişafında hansı müsbət irəliləyişin olduğundan, ən əsası yolların yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların rifah halının dəyişib-dəyişmədiyindən məlumat veriləcək. Təbii ki, veriliş boyu bütün bunları həm bu yoldan istifadə edənlərin, həm də yol boyu yaşayan vətəndaşların öz dilindən eşidə biləcəksiniz", - deyə məlumatda deyilir.

Qurumdan bildirilib ki, yeni verilişin ideya müəllifi AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov, ssenari müəllifi Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli, aparıcısı isə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Günay Rəhimovadır.

“YOL İŞİ” verilişinin ilk buraxılışı Lənkəran rayonu, Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna həsr edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1696

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1004

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2150

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2782

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
117

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
818

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4149

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
98
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 23:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru