Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2009
13:00
Sionist Livni həbs olunacaq
Britaniya məhkəməsi İsrailin sabiq xarici işlər naziri Tzipi Livni barədə həbs qərarı çıxarıb

İngiltərənin Vestministr dairə məhkəməsi İsrailin sabiq xarici işlər naziri Tzipi Livni haqqında həbs qərarı çıxarıb. Verilən məlumata görə, Çipi Livni ötən il Qəzza sektorunda keçirilən “Tökmə qurğuşun” əməliyyatı zamanı hərbi cinayətlər törətməkdə ittiham olunur. “The Guardian” sabiq xarici işlər nazirinin həftə sonu Yəhudi Milli Fondunun qurultayında iştirak etmək üçün Londona gələcəyini, məhkəmə qərarı səbəbilə bu səfərin təxirə salına biləcəyini yazıb. Skotland-Yarddan qurultayın təşkilatçılarına xəbərdarlıq ediblər ki, Tzipi Livni Londona gələcəyi təqdirdə həbs olunacaq. İTAR-TASS agentliyi sabiq xarici işlər nazirinin məhkəmə qərarı ilə əlaqədar Böyük Britaniyaya səfərini təxirə saldığı barədə məlumat yayıb.  Livni qurultayda iştirak edə bilməyəcəyi barədə təşkilatçıları artıq məlumatlandırıb. Xatırladaq ki, keçmiş nazir Livni hazırda ana müxalifət partiyası “Kadima”nın lideridir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4793

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3247

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2618

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2173
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 01:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru