Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2009
11:51
Medvedevin bəyanatı bir siqnal idi
Hazırda nəinki Rusiyada, bütün MDB məkanında "qanuni oğrular"a hücum başlayıb

Sabirabadlı Hikmət və Masallı Mamedin ardınca Rövşən Lənkəranski də zərərsizləşdirildi. Əvvəlincilərlə müqayisədə sonuncu qətlə yetirilməyib, sadəcə, həbsə alınıb. Lakin bu faktın özü də "qanuni oğru"lara qarşı ciddi mübarizənin başlandığını deməyə əsas verir. Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedyev bir müddət əvvəl "oğru, oğrudur və o, türmədə olmalıdır" deyimini işlətmişdi.  Medvedevin bu bəyanatından sonra Rusiyada "qanuni oğru"lara qarşı təmizləmə əməliyyatına başlandı. Eyni hal indi də Ukraynada təkrarlanır. Məlum olduğu kimi, "Lənkəranski" ləqəbli həmyerlimiz Rövşən Canıyev Kiyevdə həbs edilib. Rövşən Lənkəranskinin qafqazlı "qanuni oğrular" arasında güclü nüfuz sahibi olduğu deyilir. O da deyilir ki, Rövşən Lənkəranski hazırda Rusiyada ən güclü dəstə sayılan gürcü mafiyasının tərkibindədir. Onun həbsində bu yaxınlarda silahlı basqının nəticəsi olaraq xəstəxanada vəfat etmiş "Yaponçik" ləqəbli "qanuni oğru"nun tərəfdarlarının əli olduğu da deyilir. Qeyd etməliyik ki, Rövşən Lənkəranski haqqında 2000-ci ildən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarış elan olunmuşdu. Lənkəranski qəsdən adamöldürmədə ittiham edilirdi. İndi Lənkəranski Kiyevdə həbs edilib və onun Bakıya ekstradisiyası üçün Azərbaycan DİN-in qarşı tərəfə müraciəti gözlənilir.

Məhbuslara Yardım Assosiasiyasının prezidenti Məmməd Zeynalov "Şərq" qəzetinə açıqlamasında Lənkəranskinin həbsi ilə bağlı hər iki versiyaya istinadın mümkün olduğunu deyib:  "Qanuni oğrular" dövlət işinə müdaxilə etməyə başladıqda zərərsizləşdirilməyə başlayır. Medvedevin bəyanatı hüquq-mühafizə orqanlarına bir siqnal idi. Hüquq-mühafizə orqanları buna etinasız yanaşa bilməzdi. Ona görə də hazırda nəinki Rusiyada, bütün MDB məkanında "qanuni oğrular"a hücum başlayıb. Dövlət görəndə ki, "qanuni oğrular" artıq onun üçün problemə çevrilir, dövlətin əl-ayağına dolaşmağa başlayır, onların zərərsizləşdirilməsinə qərar verir. Rusiyada hazırda belə vəziyyətdir. "Qanuni oğrular" əməlli -başlı "əl-ayaq açıblar". Təkcə 2009-cu il ərzində "qanuni oğrular" tərəfindən bir neçə vəzifəli şəxs, həmçinin oliqarx qətlə yetirilib, "qanuni oğrular" oliqarxlardan tələb etdikləri xəraclarının miqdarını da get-gedə artırırdılar. Məlumdur ki, "qanuni oğrular" oliqarxlara qarşı amansızdılar. Dövlət heç vaxt imkan vermir ki, "qanuni oğrular" dövlət içində dövlət yaratsın. Onların fəaliyyətinə müəyyən həddə qədər "icazə" verilir. Bu hədd keçilirsə, hakimiyyətlər dövlət maraqlarını qorumaq naminə hərəkət keçir və onları zərərsizləşdirirlər. Bu, tamamilə təbiidir və dövlət bu addımlarında haqlıdır. Azərbaycanda isə "qanuni oğrular"ın "əl-ayağını çoxdan yığıblar". Belə olmasaydı, Lənkəranski burda fəaliyyət göstərərdi, Kiyevə gedib çıxmazdı. Azərbaycanda hazırda "qanuni oğru" demək olar ki, yoxdu.

Rövşən Lənkəranskinin həbsində "Yaponçik" tərəfdarlarının "əli olması" versiyasına gəlincə, M.Zeynalov bunu da istisna etmədi:

- Lənkəranski yeni "kadrdı". Belə demək mümkünsə, müasir demokratiyanın "yetirməsi"dir. Gəncdi, cavandı. Mümkündür ki, hazırda "qanuni oğrular" arasında davam edən nüfuz savaşının içində o da var. Və onun elə gənc ikən zərərsizləşdirilməsinə çalışırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6920

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5784

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7298

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7297

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10252

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 21:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru