Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

29 Oktyabr

2009
12:50
1197
`Peyğəmbər` filmi London kino festivalının qalibi olub
"Peyğəmbər" filmi "Ən yaxşı xarici film" nominasiyasında "Oskar" mükafatına da namizəd irəli sürülüb

Fransalı rejissor Jak Odiarın “Peyğəmbər” (A Prophet) filmi 53-cü London kino festivalının (London Film Festival,LFF) qalibi olub. İlk dəfə təqdim olunan “Ən yaxşı filmə görə” mükafatını bu ekran əsəri alıb. Jak Odiarın həbsxanaya düşən ərəb mənşəli fransalı gəncin yaşa dolmasından bəhs edən filmi bu il Kann festivalının Qran-Prisini də almışdı. Bundan başqa, “Peyğəmbər” filmi “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına da namizəd irəli sürülüb. (ANS Press) Ən yaxşı ekran əsərini seçən münsiflər heyətinə amerikalı aktrisa Anjelika Hyuston başçılıq edib. Münsiflər arasında britaniyalı rejissorlar Con Akomfr və İen Softli, britaniyalı musiqiçi Carvis Koker, fransalı aktyor və rejissor Matyo Kassovits, britaniyalı aktrisa Şarlotta Remplinq də olub. Londonda debütant rejissorlara təqdim olunan “Sutherland Trophy” mükafatının laureatı da elan olunub. Bu mükafatı İsrail və Almaniyanın birgə istehsalı olan “Əcəmi” filmi alıb. Filmin rejissorları Yaron Şani və Skandra Koptidir. Qaliblərə alman mənşəli tanınmış heykəltəraş Almut Tebbenhoffun “London ulduzu” əl işi təqdim olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
71

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
386

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
113

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
65

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
68

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 07:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru