Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2009
11:31
Medvedev `super silah` istəyir
Rusiya prezidenti Dmitri Medvedev, Rusiya Müdafiə Sənayesinə yeni tapşırıqlar verib

FaktXəbərin verdiyi məlumata görə, Rusiya dövləti, ordusunun ən müsair ve yeni texnologiyalarla təchiz olunması barədə qərar qəbul edib. Artıq Rusiya prezidenti Dmitri Medvedev, Rusiya Müdafiə Sənayesinə ən yaxşı silahların istehsal olunması ilə bağlı təlimat da verib. Rusiya hərbçilərinin həyatının yeni istehsal olunacaq silahlara bağlı olduğunu və bunun da müdafiə sənayesinin keyfiyyətini göstərdiyini söyləyən prezident Medvedev, "İstehsal olunan silahların keyfiyyətli olması dünya bazarında rəqabət gücümüzün artmasına səbəb olacaq. 2012-ci ilə qədər Rusiya ordusunun yeni silahlarla təchiz olunması üçün işlər davam etməlidir"- deyə bildirib. Qeyd edək ki, yeni istehsal olunan silahlarla orduya təslim olunan silahların keyfiyyəti arasında bir fərq olmamasını da istəyən Rusiya prezidenti Dmitri Medvedev "Külli miqdarda maliyyə, müdafiə sənayesi üçün ayrılır. Bu pulların boş yerə xərclənməsi çox pisdir. Məni ən çox narahat edən,  pulun dəbdən düşmüş və ya 3-5 il ərzində dəbdən düşəcək məhsullara xərclənməsidir. Buna diqqət etməyiniz çox vacibdir"-deyərək ordu rəsmilərinə xəbərdarlıq edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6915

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5774

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7293

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7287

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10237

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 21:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru