Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2009
13:31
Fatih Terimi yenə tribunaya yolladılar
FİFA Türkiyə millisinin baş məqçisinə qarşı ədalətsiz qərar çıxarıb

Türkiyə yığmasının baş məşqçisi Fatih Terim 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belçika ilə səfərdə keçiriləcək oyunda texniki zonada yer almayacaq. 56 yaşlı mütəxəssis oktyabrın 10-da Brüsseldə keçiriləcək həmin görüşü tribunadan izləməli olacaq.  Türkiyə Futbol Federasiyasından verilən açıqlamada bildirilir ki, Bosniya və Herseqovina yığması ilə son səfər oyununda hakim tərəfindən tribunlara göndərilən Terim FİFA-nın Nizam-İntizam Məcəlləsinin 18-ci maddəsinə uyğun olaraq cəzalı duruma düşdüyündən texniki zonadan kənarda qalmalıdır: “Ancaq Terim hakimlərə qarşı pis bir söz işlətməyib və günah sayılan hərəkət etməyib. Bu, hakimin raportunda da yer alıb. Buna görə də Terim əlavə cəza almadı və oktyabrın 14-də Ermənistan yığması ilə Bursa şəhərində keçiriləcək görüşdə texniki zonada yerini ala biləcək”.

Qeyd edək ki, Türkiyənin 2010-cu il dünya çempionatının perspektivinə tam aydınlıq gətirəcək Belçika ilə görüşdə aparıcı futbolçular – Əmrə Belözoğlu ilə Arda Turan cəza səbəbindən iştirak etməyəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
305

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
177

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
372

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
282

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
317

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
252
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2021 00:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru