Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2009
09:24
Dmitri Medvedev rəsmi Tiflisi `məsuliyyətsiz rejim` adlandırıb
"Rusiya regional münaqişələrin nizamlanması yolları axtarışlarında gələcəkdə də iştirak etmək niyyətindədir"

“Məsuliyyətsiz rejimlərin digər dövlətlərin arasını vurmasına imkan verilməməlidir”. Bunu Rusiya prezidenti Dmitri Medvedev BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə bildirib. (ans) O, bu bəyanatını 2008-ci ilin avqustunda Cənubi Qafqazda baş verənlərdən danışarkən verib: “Güc yolu ilə yalnız vəziyyəti gərginləqşdirmək olar. Bunu Gürcüstan hakimiyyətinin Cənubi Osetiya problemini hərbi vasitələrləhəll etmək kimi düşünülməmiş addımı da sübut etdi. 2008-ci ilin avqustunda lokal silahlı münaqişə genişmiqyaslı müharibəyə çevrilə bilərdi”.
Dmitri Medvedev bildirib ki, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün təhlükəsizliyin bölünməzliyi prinsipinin reallaşdırılması üçün dəqiq və təsirli mexanizmlər hazırlanmalıdır: “Bunsuz keçmişin miraslarını adlayıb keçmək və mövcud mövhumata qalib gəlmək mümkün deyil. Bu zaman məsuliyyətsiz rejimlər digər ölkələrin arasını vurmaq imkanı qazanmamalıdır”.
Regional münaqişələrdən danışan Dmitri Medvedev bəyan edib ki, Rusiya onların nizamlanması variantlarının axtarışlarında gələcəkdə də iştirak etmək niyyətindədir. Onun fikrincə, müasir dövlətlərin qlobal təhlükəsizliyin təmin edilməsindəki rolu və yeri ən aktual vəzifələrdəndir: “Biz dəfələrlə mühaşidə etmişik ki, ayrı-ayrı ölkələrin ərazisində yaranan problemlər regional, sonra ilə qlobal xarakter alır. Milli dövlətçilik institutlarının səriştəsizliyi, çox vaxt isə effektli olmaması bir çox ölkələr üçün təhlükəli nəticələrə səbəb ola bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6920

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5774

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7293

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7292

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10242

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 21:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru