Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Sentyabr

2009
12:23
Uşaqlar üçün `Ramazan şənliyi` keçirildi (foto)
"Mənəvi Saflığa Dəvət" İctimai Birliyi Ramazan bayramı münasibətilə "Xəzər" şadlıq evində uşaqlar üçün bayram şənliyi keçirdi. Tədbirdə 200-ə yaxın uşaq iştirak edirdi

Bayram şənliyini giriş sözü ilə açan Birliyin sədri, fəlsəfə elmləri namizədi Elşən Mustafaoğlu qonaqları – uşaqları və valideynləri salamlayaraq bayram münasibətilə təbrik etdi. O, qeyd etdi ki, uzun illər mənşəyi məlum olmayan bir çox bayramlar təqvimimizdə xüsusi yer alaraq, süni şəkildə mədəniyyətimizi öz ruhuna yad olan istiqamətlərə yönəldib. Ölkəmizin müstəqillik qazanması ilə öz milli-mənəvi dəyərlərimizi, dini ənənələrimizi bərpa etməyə, dirçəltməyə çox gözəl imkan yaranıb. Hazırda keçirdiyimiz bayram şənliyi uşaqlarımız üçün bu miqyasda təşkil olunan ilk Ramazan bayramlarındandır. Həm ölkəmiz üçün, həm də bütün dünya üçün yeni bir hadisədir. Çox sevindirici haldır ki, ruhumuza doğma olan bu ilahi bayram mədəniyyətimizin bir tərkib hissəsi kimi hər il daha da genişlənərək xoş bir ənənəyə çevrilir. Hətta bu ənənənin digər müsəlman ölkələri üçün də gözəl bir örnək olacağına ümidlərimiz artır. Altı il bundan öncə ilk bayram şənliyinin əsasını qoyan “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi bu yolda ilk addım atmış bir təşkilat kimi qürur hissi duyur və gələcəkdə belə tədbirlərin birgə keçirilməsi üçün əziz müsəlman bacı və qardaşlarımıza, imkanı və istəyi olan hər bir vətəndaşımıza öz dost əlini uzadaraq onları əməkdaşlığa dəvət edir.
Sonra meydan uşaqların ixtiyarına verildi. Uşaqların ifasında səhnələşdirilmiş ibrətamiz tamaşalar, şeirlər və s. hikmətli çıxışlar nümayiş etdirildi. Bayram tədbirində Ramazan babanın Ramazan ayının fəziləti, savabı barədə şirin söhbətləri uşaqların böyük sevincinə səbəb oldu. Yeni personaj kimi artıq müasir tariximizə düşmüş, özündə mənəvi dəyərləri təcəssüm etdirən Ramazan baba kiçik dostlarına valideynlərə sevgi, böyüklərə hörmət və qayğı göstərməyi, mənəviyyatlı olmağı nəsihət etdi, müdrik kəlamları ilə bayram şənliyinə sevinc qatdı.
Şənlikdə uşaqların iştirakı ilə müsabiqələr, oyunlar keçirildi, qaliblərə hədiyyələr verildi. Fokusçunun hazırladığı əyləncəli və maraqlı nömrələr tədbirə rəngarənglik qatdı. Gənc müğənni Rəşad Rəhimoğlu öz şirin musiqilərilə tədbirə gələnlərə xoş anlar bəxş etdi. Bayram tədbirinin sonunda Ramazan Baba uşaqlara Ramazan sovqatlarını təqdim etdi. menevisafliq.org



Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4558

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3125

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2496

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2065
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 11:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru