Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2012
15:22
MÜBARƏK RAMAZAN AYININ SOSİAL-PSİXOLOJİ TƏSİRLƏRİ

Oruc elə bir ibadətdir ki, birbaşa ilkin zəruri ehtiyacımız yeməklə bağlıdır. Əlbəttə ki, yalnız yeməkdən imtina etmək deyil digər aylarda etdiyimiz yalnış əməllərdən də imtina etməliyik. Şübhəsiz  bu bir bəhanədir ki, insan yaxşı olmayan vərdişlərdən mübarək ay ərzində əl çəksin və bu tərketmə uzunmüddətli olsun. Təsadüfi deyil ki, psixoloji araşdırmalar da hərhansı bir adətin tərk olunması üçün 30 günün tamamilə kifayət etdiyini təsdiq etmişdir.

Diqqət etsək görərik ki, məhz bu ayda  yaxşı olmayan vərdişlərimizi tərk etməyimiz üçün göstərilən ilkin mərhələ yeməyə qoyulan qadağayla başlayır. Maraqlıdır ki, niyə məhz yeməyə qadağa qoyulur?

Yemək elə bir ehtiyacdır ki, sosial təbəqəsindən asılı olmayan hər bir insana aiddir. Alim də yemək yeyir cahil də. Amma bir məsələ var ki, insanların çoxunun gözünü bağlayan, onları irəliləməyə qoymayan maneələrin öncüllərindən biri də yemək ehtiyacına həddindən artıq diqqət və zaman sərf etmələridir. İnsanın mənəvi dəyəri yüksəldikcə o istər – istəməz maddi ehtiyaclarına lazımsız diqqəti tərk edir. Anlayır ki, kifayət qədər qida, lazımi maddi vasitələr ona bəs edir. Yəni fərdi maddiyatı öz dərəcəsində saxlayır və qabartmır. Çünki onun fikri daha mühüm işlərdədir. Maddiyata mənəvi yüksəliş üçün yalnız vasitə kimi baxır. Yeməyə də həmçinin. Bədənin tələb etdiyi qədər qida qəbul edir və özünü ifratdan qoruyur.

Məhz Allah da bizi bu ayda həqiqi təyinatımız üzrə olmağa çağırır. Maddi qadağaları ona görə qoyur ki, bir düşünək. Digər ayları düşüncəsiz yaşamaq ehtimalımız çox olsa da bu ayda təfəkkürlü yaşayaq. Çünki biz insanların çoxumuzun həyatı monoton və sabit keçir. Potensialımızdan çox az istifadə edirik. Amma maddi məsələlərdə  daha ciddi oluruq. Xüsusən yemək məsələsində. Çünki o ilkin zəruri ehtiyaclardandır. Təadüfi deyil ki, hər bir insan ən azı gündəlik maddi ehtiyacları üçün işləməyə məcbur olur və işləyir. Əlbəttə ki, halal ruzi qazanmalıyıq. Amma düşüncəli şəkildə vaxt və enerji sərf etməliyik. Bunun digər mühüm işlərə vasitə olduğunu unutmamaq şərtilə. Təəssüf ki, çox vaxt bu ilkin zəruri ehtiyaclar başımızı o qədər qatır ki, həyatımızı, vaxtımızı, günlərimizi ona uyğun tənzimləyirik.

Həqiqətən də insan oruc ikən yeməyin, maddiyatın sadəcə bir ehtiyac və  vasitə olduğunu anlayır. Anlayır ki, sən demə onu gün ərzində sakitləşdirən yalnız maddi vasitələr imiş. Halbuki bu normal hal deyildir. Psixoloji balansı yerində olan insan mənəvi məsələlərdən daha çox zövq almalıdır. Bu bir qaydadır. Amma maddələşmiş qəlb yalnız maddi vasitələr axtarır. Bəziləri oruc ikən çox əsəbi olduqlarını deyirlər. Bunun səbəbi də yuxarıda qeyd etdiyimiz məsələdir. Yəni qəlb gündəlik maddi  ehtiyac və qayğılara o qədər bağlanıb ki, onu adi halda hiss edə bilmir. Yalnız ehtiyacın ödənmədiyi hallarda anlayır. Əlbəttə ki, oruc da bu qəlbləri oyatmaq üçün çox mühüm vasitələrdəndir.

Sosial tərəfdən orucun faydaları çoxdur. Çünki oruc ikən müyyən saatlarda hamı bərabərləşir. Maddi imkanı çox olan, az olan fərq etmir. Maddi imkanlı insanlar kasıbların çəkdiyi sıxıntıları da müəyyən qədər anlayırlar. Bu onlarda təkəbbürün azalması, bərabərlik və mərhəmət hisslərini aşılayır. Mübarək ayda iftar süfrələri təşkil edib oruc tutan insanları bir yerə toplamaq bəyənilən əməllərdəndir. Sosioloji baxımdan da bu olduqca mühüm və faydalı işdir. Çünki bu zaman insanlarda yardımlaşma, səmimi rabitə və ünsiyyət qurma, fədakarlıq, mənəvi rahatlıq, bərabərlik hissləri möhkəmlənir.

Sonda Allahdan Mübarək Ramazan ayından layiqli bəhrələnməyi bizə nəsib etməsini arzu edirəm. Amin.
 
Vüsal Nadiroğlu    
Sosial psixologiya üzrə tədqiqatçı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 23 dəfə pozulub

06

Dekabr
10:15
HƏRB
135

ABŞ-da "Muhamməd" və "Aliyə" adları ilk 10-luqda

06

Dekabr
10:00
BÖLMƏNİ DÜZ SEÇ!
211

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
350

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
322

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
601

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
384

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
319
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 10:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru