Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2012
13:24
YENƏ RAMAZAN AYI, YENƏ GÖZƏLLİK MÜSABİQƏSİ
Eldəniz Quliyev: "Lakin bu tədbirlərin əvəzində xalqın qan yaddaşını təzələyəcək heç bir iş görülmür"

“Baş verənləri bir cümlə ilə belə izah etmək mümkündür. Hakimiyyət həyata keçirdiyi eybəcərlikləri ört-basdır etmək üçün bu cür tədbirlərə geniş rəvac verir.” Bu sözləri FaktXeber.com-a Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev müqəddəs Ramazan ayı ərəfəsində yəni 25 iyulda Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “Mədəniyyətlər Gözəli 2012” adlı  gözəllik müsabiqəsi  və Həcc mövsümündən öncə Cenifer Lopezin milyon dollarlar hesabına Bakıya gətirilməsinə münasibət bildirərkən qeyd edib. Artıq bu cür tendensiyanın neçə illərdir ki, müşahidə edildiyini bildirən Eldəniz bəy, “baş verənlərin hamısı düşünülmüş şəkildə milli-mənəvi dəyərlərin aşılanmasına yönəlib”, - deyə bildirdi: “Lakin bu tədbirlərin əvəzində xalqın qan yaddaşını təzələyəcək heç bir iş görülmür. Eyni halda mənəvi dəyərlərə qarşı baş qaldıran müqavimət, müqavimətlə cavablandırılır. Belə ki, gün keçdikdə oruc tutanların və mənəvi dəyərlərə əməl edənlərin sayı artır. Artıq insanlar üçün inanmağa bir şey qalmayıb. Allahın ətəyindən başqa tutmağa ətək qalmayıb. Xüsusilə müqəddəs aylarda bu tip tədbirlərin keçirilməsi ilə hakimiyyət bir daha sübut etdi ki, müqəddəs və mənəvi dəyərlərə etinasız yanaşır.” 

Eldəniz bəy onu da bildirdi ki, bu tədbirlərin hamısı xüsusi və düşünülmüş formada təşkil edilir: “Baş verənləri freskanın bir hissəsi kimi götürsək, məlum olar ki, bunlar hamısı idarə edilir. Bir neçə il bundan öncə qəzetlərdə peyğəmbərin təhqirini, məscidlərin sökülməsini, azan və hicab qadağasını, eyni halda son zamanlar dindarların şərlənərək kütləvi şəkildə həbs edilməsini nəzərə alsaq, şahidi olarıq ki, mozayka bir şəkil alınıb və o şəkilin adı düşünülmüş siyasətdir.”

Xəyal Şükür

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 23 dəfə pozulub

06

Dekabr
10:15
HƏRB
135

ABŞ-da "Muhamməd" və "Aliyə" adları ilk 10-luqda

06

Dekabr
10:00
BÖLMƏNİ DÜZ SEÇ!
211

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
350

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
322

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
601

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
384

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
319
Şərhlər
Һаҹы Низами tərəfindən 26-07-2012 tarixində yazıldı
Аллаһ инсана гәним олмаг истәјәндә биринҹи онун әглини әлиндән алар.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 10:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru