Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2012
12:03
SMARTFON SAHİBLƏRİ TELEFONLARINIZI RAMAZAN AYINA UYĞUNLAŞDIRIN
Gün ərzində yanımızdan ayırmadığımız ağıllı telefonlarımızı, Ramazan ayında da faydalı olaraq istifadə edə bilərik. Ramazan ayında işimizə yarayacaq tətbiqlərlə telefonu hazırlayaq

Ağıllı telefonlar artıq həyatımızın olmazsa-olmazlarından biridir. Günün bir çox hissəsində əlimizdə olan ağıllı telefonlar bir çox dərdimizə dərman olur. Təbii ki, sıxıldığımız zamanlarda da oyunlar və əyləncəli tətbiqlərlə köməyimizə çatır.
Bəs dini duyğuların yüksəldiyi Ramazan ayında, ağıllı telefonlarımızdan necə faydalana bilərik?

Smart Alarm Proqramı:

Ağıllı telefonlar olduqca ağıllıdırlar, lakin hər mövzuda bu ağılı istifadə etmirlər. Android və iOS ‘da telefon söndürülərkən alarm saat zəng çalmır. Bu səbəbdən neçə dəfə işə gec qalan adamlar olur.
Buna görə smart alarm tətbiqlərini sizlərlə paylaşmaq istərdik. Sahuru qaçırmaq istəməyənlər üçün tövsiyyə edirik. Sahuru qaçırmaq bir gün oruc tutmağınıza mane olacaq. Əgər bunu istəmirsinizsə tədbirli olmaq məcburiyyətindəsiniz.

Android əsaslı cihazlarda Sleep as Android tətbiqini tövsiyə edirik. Burdan Google Play Store linkinə çata bilərsiniz.

Apple cihazlarında olan iOS əməliyyat sistemi üçün isə ən yaxşı smart alarm tətbiqlərindən biri “Smart Alarm Clock FREE: sleep cycles & phases” tətbiqidir. Bu “Smart Alarm Clock FREE: sleep cycles & phases” tətbiqini App Store üzərindən endirib quraşdıra bilərsiniz.

Bu cür tətbiqlər xüsusilə həyəcanı təxirə salaraq yatıb qalanlar üçün çox faydalıdır. Hətta yatanlar üçün tətbiq daxilində sürpriz funksiyalar da təqdim edilir. Qısacası qətiliklə oyandıran bir proqramlardır.

İmsak və Namaz vaxtı, Qiblə, Quran Proqramı

Ramazan ayında Namaz vaxtlarını bizlərə təqdim edən tətbiqlər də çox əhəmiyyətlidir. Lakin, araşdırdığımıza görə Android telefonlar üçün Google Play Store üzərində Azərbaycan üçün lokal imsak vaxtını dəqiq göstərən tətbiq çox azdır.
Sahur üçün saat neçədə qalxacağınızı, saat neçəyə qədər yemək yeyə biləcəyinizi, neçədə iftar edə biləcəyinizi uyğun tətbiqə baxaraq tapa bilməyiniz necə də asan olardı. Ramazan ayının olmazsa-olmazlarından biri olan tətbiq olardı.
Bir çox imsak vaxtı tətbiqi mövcuddur. Lakin, Azərbaycan üçün imsak vaxtını təyin etmək üçün sizlərə fərqli bir tətbiqi təqdim edirik. Bu tətbiq “Muslim Pro -Azan, Quran, Qibla” adlanır. Tətbiqi Google Play Store ‘dan endirmək mümkündür.

Muslim Pro tətbiqi çox universaldır. Tətbiq Namaz vaxtı, Qiblə təyini, Quran hissələrindən ibarətdir. Ən əhəmiyyətli hissəsi İmsak və Namaz vaxtının təyinidir. Tətbiqdə Settings bölməsinə keçin. Settings bölməsində Prayer time conventions hissəsinə daxil olun. Bu hissədə İslam dinində mövcud olan Namaz vaxtını hesablama metodları qeyd edilmişdir. Bakı məscidlərinin Azan vermə vaxtı ilə ən uyğun gələni isə University of Tehran hesablama metodu daha dəqiq oldu. Oruc tutanlar üçün tətbiqdəki Fajr saatına kimi səhər tezdən qidalanmağı bitirmək lazımdır. Maghrib vaxtında isə orucu açmaq yəni iftar zamanıdır.

Muslim Pro tətbiqindəki Qiblə tapan da digərlərindən daha düzgün işləyir. Sadəcə metal əşyalardan aralı olaraq istifadə edilməlidir. Quran isə həm ərəb əlifbası, həm də ingilis hərfləri ilə transkripsiya şəklindədir.

Apple cihazlar üçün olan iOS əməliyyat sistemi üçün isə “Muslim Pro [Ramadan edition] – Accurate prayer time, Azan clock, mp3 audio Quran and Qibla locator” tətbiqi mövcuddur. Tətbiqi App Store ‘dan pulsuz şəkildə endirmək mümkündür.

Oxşar tətbiqlərdən BlackBerry telefonları üçün olanı isə İslamic Pocket Guide adlanır. Tətbiq tərəfimizdən test edilməmişdir. Tətbiqi bu linkdən endirmək mümkündür.

Yemək resepti Proqramı:

Smart Alarm ilə səhərlər sahura oyandınız. İmsak vaxtı ilə zamanlara baxdınız. Qiblə taparaq namaz qıldınız. Nə qaldı? Ramazan ayında oruc tutarkən iftar vaxtını gözləməyə riayət olunur. İftar vaxtı üçün ağıllara bir çox yemək gəlir. Bəs hər yeməyi bilməyinizmi lazımdır?
Smartfon tətbiqlərinin köməyi ilə yemək resepti dəstəyini ala bilərik.
“Şef Sensin” tətbiqi son dərəcə müvəffəqiyyətli bir yemək resepti tətbiqidir. Bir çox şirin, duzlu yemək resepti aydın bir şəkildə bizə təqdim edən tətbiq, yemək hazırlamağı maraqlı bir hala gətirir.

“Şef Sensin” tətbiqini Play Store’dan bu link ilə yükləyə bilərsiniz.

Qısa və məqsədli olaraq Ramazan ayında istifadə edə bilinəcək tətbiqləri sizlərlə paylaşdıq. Azan tətbiqləri, təsbeh çəkmə tətbiqi, Quran tərcümələri kimi bir çox dini məzmun marketlərdə var. Telefonunuz üçün daha çox endiriləcək İslami tətbiq tapa bilərsiniz. Davamı sizin istəyinizə qalmışdır. Texnopress

Allah ibadətlərinizi qəbul etisin!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09

Dekabr
13:10
İQTİSADİYYAT
266

Şənbə günü yol qəzalarında 4 nəfər ölüb

09

Dekabr
13:08
HÜQUQ,HADİSƏ
216

Təhsil naziri əmr imzalayıb

09

Dekabr
13:03
ELM / TƏHSİL
2224

Bu ərazilərdə işıq olmayacaq

09

Dekabr
13:01
ÖLKƏ
263

Sabahın hava proqnozu açıqlanıb

09

Dekabr
12:59
ÖLKƏ
207

"Qızım İlkinin evində öldü" - Atası DANIŞDI

09

Dekabr
12:30
HÜQUQ,HADİSƏ
581

Xırdalanda partlayış olub, xəsarət alan var

09

Dekabr
11:41
HÜQUQ,HADİSƏ
225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 15:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru