Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2021
13:48
Azərbaycanda daha bir ruhani narkotik ittihamı ilə həbs olunub - VİDEO

Saxlanıldıqdan sonra barəsində 6 gün heç bir xəbər verilməyən ruhani və Quran hafizi Camir Ağayevin ətrafında sirr pərdəsi açılır.  Sosial şəbəkələrdə Kərbəlayi Camir Ağayevin 19 sentyabrdan etibarən saxlanıldığı barədə məlumatlar yayılıb. 6 gündür ki, ruhaninin saxlanılması barədə müvafiq qurumlardan təsdiq və təkzib cavabı almaq mümkün olmur.

Hazırda onun harada saxlanılması və ya harada olması barədə də rəsmi məlumat yoxdur. Lakin yayılan qeyri-rəsmi məlumatlara görə, C.Ağayev narkotik ittihamı ilə şərlənərək saxlanılıb və ailəsindən xəbərsiz barəsində məhkəmə prosesi də keçirilib.

Quran hafizi ruhaniyə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir. AR İXM 206-cı maddəsi "qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi"ni ehtiva edir.

Camir Ağayev Quran hafizi olmaqla yanaşı bir neçə kitab müəllifi və İslam Maarifi Universitetinin təsisçisidir.

Xatırladaq ki, Camir Ağayev son zamanlarda 2 istiqamətdə tədqiqatlar apararaq izləyicilərinə təqdim edirdi. Bu istiqamətlərdən biri Fələstinin tarixinə dair özünün müasir araşdırmalar, digəri isə vəhhabilərin Azərbaycan müsəlmanlarının zehnində yaratdığı şübhələrə qarşı ciddi elmi əsaslara söykənən cavab xarakterli materiallardır. Ehtimal olunur ki, ruhaninin həbsinə əsas səbəb Fələstinlə bağlı maarifləndirici fəaliyyətidir.

Qeyd edək ki, bunlarla yanaşı C.Ağayev İslam maarifinə dair uşaqlar üçün sanballı fəaliyyəti ilə də tanınır. Onun qızı Məsumə Ağayevanın təqdimatında uşaqlar üçün hazırladığı video materiallar uşaqlar və valideynlər tərəfindən rəğbətlə qarşılanıb.

Məqalədə : Camir Ağayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
284

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
160

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
360

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
270

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
300

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 21:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru