Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2021
09:59
ABŞ və İsrail İrana qarşı `B` planını müzakirə ediblər

ABŞ və İsrail keçən həftə gizli şəkildə görüş keçiriblər.

TASS xəbər verir ki, görüşdə məqsəd Vyanada İranın nüvə razılaşması ilə bağlı danışıqlar bərpa olunmayacağı təqdirdə ehtiyat planını müzakirə etmək olub. Bu barədə “Axios” portalı İsraildəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika-İsrail arasında gizli strateji işçi qrupu yeni İsrail hökumətinin hakimiyyətə gəlişindən sonra ilk dəfə görüşüb. Görüş videokonfrans formatında keçirilib. Agörüşdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və israilli həmkarı Eyal Xulata iştirak edib.

Mənbələrin bildirdiyinə görə, tərəflər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların dalana ilişməsindən narahat olduqlarını diqqətə çatdırıblar. Bundan başqa, onlar İranın nüvə aktivliyinin artdığını qeyd ediblər. İsrail bu məqamda detalları açıqlanmayan “B planı”na keçməyin vacibliyini vurğulayıb. Eyni zamanda, ABŞ yaxın vaxtlarda danışıqlar bərpa olunmazsa, İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Ağ Ev rəsmisi “Axios”a bildirib ki, ABŞ İran problemi ilə bağlı bir sıra məsələlərdə İsrail hökuməti ilə məsləhətləşmələr aparır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
284

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
160

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
360

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
270

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
300

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 21:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru