Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2021
12:31
Sahil Babayev: `Əmək müqaviləsi ilə işləyən əlilliyi olan şəxslərin sayı artmalıdır`

"Bu gün əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrin sayı 70 mindir".

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildiirb ki, bu ümumi əmək müqavilələrinin 4 tam onda 1 faizi qədərdir: "Amma qanunvericilikdə biz minimal norma olaraq 5% müəyyən etmişik. Deməli hətta minimal normanın altındayıq. Düzdür, son üç ildə kəskin artımımız olub, başlanğıcda bu 2 faiz idi. Deməli 2 dəfədən artıq artıb, amma hədəfimizə hələ də çatmamışıq".

Onun sözlərinə görə, birinci növbədə əmək münasibətlərində əmək müqaviləsi ilə işləyən insanların içində əlilliyi olan şəxslərin sayı artmalıdır: "Bunun üçün həm sahibkarlar dəstək verməlidir, eyni zamanda bu şəxslərin peşə hazırlığı, müxtəlif sosial peşə reabilitasiya tədbirləri, dövlətin müxtəlif güzəştli alətləri və digər bu səpkidən olan dəstək alətləri çoxaldılmalıdır. Bunlar artdıqca artıq müxtəlif peşə və kvalifikasiyaya malik əlilliyi olan şəxslərimizin sayı artacaqdır. Peşə kvalifikasiyası olan insanı isə hər bir işəgötürən birinci növbədə öz müəssisəsində, təşkilatında görmək istəyir. Ona görə də bu, fəaliyyətimizin bir hissəsi olımalıdır. Dövlət Əmək Müfəttişliyi, Dövlət məşğullluq orqanları, Kobia, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar da müxtəlif platformalarda daim təşfiq etməlidir ki, əlilliyi olan şəxslərin əmək müqavilələrinin sayı artsın".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
267

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
150

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
345

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
260

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
290

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
230
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 19:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru